Page 173 - anderson_Макет 1
P. 173

Deyilmәmiş yalan

             – Nәdi yenә boş-boş avaralanırsan? Tez ol, evdә yemәyә heç
          nә yoxdu, get bir şey al, özü dә tez qayıt gәl.
             Rey içәri girib qapının arxasındakı asılqandan paltosunu
          götür dü. Paltosunun ciblәri cırılmışdı vә çox geyilmәkdәn yaxa -
          lığı işıldayırdı. Arvadı yataq otağından çıxıb, bir әlindә çirkli
          әsgi parçası, bir әlindә dә üç gümüş dollarla ona sarı gәldi.
          Hәmin an evin harasındasa bir uşaq ağladı vә sobanın yanında
          yatmaqda olan it oyanıb әsnәmәyә başladı. Sonra Rey yenә
          arvadının danlaqlarını bir-bir dinlәmәyә mәcbur oldu.
             – Uşaqlar ağlamasın, neynәsin? Neynәsin yazıqlar? Sәn axı
          işini qurtarandan sonra niyә evә gәlmirsәn, niyә veyillәnirsәn
          oralarda? Bilirsәn ki, evdә yemәyә bir şey yoxdu.
             Rey evdәn çıxdı, hasarı aşıb tarla tәrәfә üz tutdu. Artıq hava
          qaralmışdı vә Reyin gözlәri önündәki mәnzәrә, hәqiqәtәn dә,
          valehedici idi. Balaca tәpәciklәrin üstünә sanki göydәn nәsә
          sehrli rәnglәr çilәnmişdi. Hәtta hasarların dibindәki kol-kos da
          bu füsunkar mәnzәrәyә әlavә bir gözәllik qatırdı. Bütün dünya,
          bütün kәnd indi Reyә elә doğma, elә әziz görünürdü ki, saatlar
          öncә tarlada üzbәüz dayanıb söhbәt etdiyi Heli anladığı kimi, bu
          otların da, bu torpağın da, qarşıdakı tәpәciklәrin dә dilini anladığını
          hiss edirdi.
             Amma o axşam Rey  Vaynzburqun gözәlliyinә çox davam
          gәtirә bilmәdi. Bu gözәlliyә baxdıqca ürәyindә yaranan әzablı
          duyğulara dözә bilmәdi vә qәfildәn kim olduğunu, nәçi olduğunu
          unudaraq, hara getdiyini, nә etdiyini düşünmәdәn әynindәki pal-
          tosunu yerә atıb tarla boyunca qaçmağa başladı vә qaçdıqca da
          içindә vulkan kimi qaynayan sözlәrlә öz hәyatını, bütün dünyanı
          vә onun ömrünü zәhәrә çevirәn hәr şeyi qışqıra-qışqıra lәnәtlәmәyә
          başladı.
             – Heç kim verdiyi sözün üstündә durmur, – önündәki bomboş
          düzlәrә sәslәndi. – Mәn Minniyә heç bir vәd vermәmişdim. Hel
          dә o qıza heç bir vәd vermәyib. Bilirәm, bilirәm ki, Hel ona heç
          nә demәyib. Әgәr özü istәmәsәydi, Hel ona toxunmazdı. O özü
          istәdiyi üçün Hellә meşәyә gedib. Helin istәdiyini o da istәyirdi.
          Bunun cәzasını niyә tәk Hel çәkmәlidi? Niyә bunun cәzasını

                                                                  173
   168   169   170   171   172   173   174   175   176   177   178