Page 169 - anderson_Макет 1
P. 169
DEYİLMӘMİŞ YALAN
Rey Pierson vә Hel Vinterz Vaynzburqdan üç mil şimalda
yerlәşәn fermanın fәhlәlәri idi. Onlar şәnbә günü axşamlar şәhәrә
gәlir vә buradakı dostları ilә küçәlәri gәzib-dolaşırdılar.
Әlliyaşlı Rey tәbiәtcә sakit, amma әsәbi adam idi. Saqqalı
qәhvәyi rәngә çalırdı vә çox işlәmәkdәn çiyinlәri әyilmişdi. Hel
Vinterzlә dost olsa da, onlar xasiyyәtcә bir-birlәrinә tamam zidd
adamlar idi.
Hәyat Reyi çox ciddi adam elәmişdi. Sәrtxasiyyәtli vә acıdil
bir arvadı var idi. Onlar öz cansız-cüssәsiz uşaqları ilә birgә
Reyin işlәdiyi Vilz fermasının arxasından axan çayın sahilindәki
köhnә, uçuq-sökük daxmada yaşayırdılar.
İş yoldaşı Hel Vinterz cavan oğlan idi. Vaynzburqda xüsusi
hörmәti olan Ned Vinterzin ailәsi ilә onun heç bir qohumluğu
yox idi. Altı mil uzaqlıqdakı Yunionvildә dәyirmanı olan atası
Vindpeter Vinterzi Vaynzburqda hamı әxlaqsız vә alçaq adam
kimi tanıyırdı.
Vaynzburqun yerlәşdiyi Şimali Ohayoda Vindpeterin qeyri-
adi vә faciәli ölümündәn agah olmayan yox idi. Bir axşam o içib
sәrxoş olduqdan sonra dәmir yolunun içi ilә Yunionvildәki evinә
gedirmiş. Yolda onu görәn qәssab Henri Brattenberq birazdan
oradan qatarın keçәcәyini deyib. Amma sәrxoş olduğuna görә nә
etdiyindәn xәbәri olmayan Vindpeter qamçıyla onu vuraraq
sözünü axıracan demәyә dә imkan vermәyib. Qatar onu vә
faytonuna qoşulmuş iki atı vuranda yoldan keçәn bir fermerlә
arvadı hadisәni görmüşdü. Onlar danışırdılar ki, Vindpeter üstünә
gәlәn qatarı görәndә nә edәcәyini bilmәdәn qışqırmağa vә qışqıra-
qışqıra ağzına gәlәn söyüşlәri söymәyә başlayıb. Dәhşәtdәn
çaşbaş qalmış atlar isә dәmir yolundan çәkilmәk әvәzinә, birbaş
parovozun üstünә gediblәr. Corc Villard vә Ses Riçmond kimi
cavanlar bu hadisәni çox yaxşı xatırlayırdılar vә Vaynzburqda
hamı Vindpeterdәn canlarını qurtardıqlarını, dünyadan bir pis
insanın da azaldığını deyәrәk, çox üzülmәsәlәr dә, o vaxt hәlә
yeniyetmә li yә tәzә qәdәm qoyan oğlan uşaqları Vindpeterin bu
169