Page 164 - anderson_Макет 1
P. 164
Şervud Anderson
gedir, tәzә mal alır. Sonra axşamlar oturur buxarının yanında,
deyir ki, birazdan yaxşı satış olacaq. Heç nәyә görә narahat
olmur. O, hәqiqәtәn dә, әcaib adamdır, maymaq adamdır. Başa
düşmür ki, bu vәziyyәtdәn narahat olmaq lazımdır. Başa düşmür.
Cavan oğlan danışdıqca daha da hәyәcanlanırdı.
– O başa düşmür, amma mәn başa düşürәm, – Elmer qışqırdı
vә gözlәrini heç bir reaksiya göstәrmәyәn ağıldankәm qocanın
üzünә zillәdi. – Mәn çox yaxşı başa düşürәm. Daha dözә bilmәrәm.
Burda yaşadığımız vaxtlar hәr şey başqa cür idi. Bütün günü
işlәyirdim, gecәlәr dә yerimә girib yatırdım. O vaxtlar
әtrafımdakılara bu qәdәr fikir vermirdim, bu qәdәr düşünmürdüm.
İndi orda, qәsәbәdә arabir axşamçağı poçta gedirәm. Stansiyaya
gedib baxıram, görüm qatar gәlib, ya yox. Heç kim mәnә bir
kәlmә dә demir. Hamı bir kәnarda deyib-gülür, amma mәnә heç
nә demir. Sonra mәn dә özümü maymaq hesab elәyirәm. Özümü
elә qәribә hiss elәyirәm ki, heç nә deyә bilmirәm. Çıxıb gedirәm.
Heç nә demәdәn çıxıb gedirәm. Heç nә deyә bilmirәm. Heç nә.
Elmer getdikcә özündәn çıxır, qәzәbini idarә edә bilmirdi.
– Mәn daha bunlara dözmәyәcәm, – ağacların çılpaq budaqlarına
baxıb yenә qışqırdı: – Mәn axı bunlara dözmәk üçün yaranmamışam.
Elmer ocağın kәnarında oturan kişinin heç bir mәna ifadә
etmәyәn sifәtinә baxıb daha da qәzәblәndi. Üzünü çevirib, eynәn
bir az öncә Vaynzburq yollarına baxdığı kimi, kişiyә bir dә
baxdı.
– Çıx get, işinlә mәşğul ol, axı bunları sәnә danışmağın nә
xeyri? – Elmer çığırdı, sonra ağlına nәsә gәldi. Sәsini aşağı salıb
sözünә davam etdi. – Mәn qorxağam, hә? Bilirsәn niyә tez qaçıb
bura gәldim? Çünki kimәsә ürәyimi açmalıydım. O da sәn idin.
Bircә sәnә ürәyimdәkilәri deyә bilәrdim. Görürsәn? Dәrdimi
demәk üçün dә yenә başqa bir maymağa möhtac qalıram. Hә,
mәn ordan qaçdım. Qaçıb canımı qurtardım. Çünki daha dözә
bilmirdim, Corc Villard kimi adamın әtrafımda olmağına dözә
bilmirdim. Sәnin yanına gәlmәliydim. Amma әslindә, gәrәk
sözümü ona deyәydim. Eybi yox, nә fәrqi, yenә dә deyәcәm.
164