Page 160 - anderson_Макет 1
P. 160
Şervud Anderson
– Baxın, mәn yenә tәkrar edirәm. Camaat, onsuz da, bu
köhnә düymәlәrin әlindәn boğaza yığılıb. Siz bu yenilikdәn
yaxşı pul çıxara bilәrsiniz. Sizә tәklif edirәm ki, bu qәsәbәdә
xüsusi nümayәndәmiz olasınız. Bu düymәlәrdәn iki yüz qırx
dәnә götürün ki, daha başqa mağazaya getmәyim.
Sәyyar satıcı piştaxtaya dirsәklәnib barmağı ilә Ebenizerin
sinәsini döyәclәdi.
– Bu, çox yaxşı imkandır, istәrdim bu imkandan yararla na sı -
nız. Sizin haqqınızda bir dostum mәnә dedi. Dedi ki, Kaulini tap,
danış, fәrasәtli adamdır.
Sәyyar satıcı sözünü bitirib gözlәdi. Cibindәn dәftәrçәsini
çıxarıb sifarişi yazmağa başladı. Bu zaman Elmer Kauli hәlә dә
әlindә tutduğu ayaqqabı ilә dükanın ortasından keçib onlara tәrәf
gәldi. Başları söhbәtә qarışmış iki kişinin dә qarşısından ötüb
qapının yanındakı şüşә vitrinә sarı getdi. Qutudan ucuz bir
tapança çıxarıb havada yellәmәyә başladı.
– Cәhәnnәm ol burdan! Bizә düymә-zad lazım deyil, – Elmer
qışqırdı. Sonra ağlına nә gәldisә: – Qulaq as. Mәn sәni hәdәlәmirәm.
Demirәm ki, indi sәni güllәlәyәcәm. Bәlkә dә, bu tapançanı
baxmaq üçün qutudan çıxarmışam. Amma yaxşı olardı, itilib
gedәsәn. Hә, yaxşı olar, gedәsәn. Götür bu zir-zibilini dә, çıx get
burdan, – deyә әlavә elәdi.
Elmer piştaxtanın arxasına keçib onlara tәrәf yaxınlaşdı. Vә
bir az öncәki kimi qışqırtı ilә dedi:
– Hamı bizi gic yerinә qoyub. Bunları satanacan biz heç bir
mal almayacağıq. Bundan sonra daha maymaq olmayacağıq ki,
sonra camaat bizә axmaq kimi baxmasın, söhbәtlәrimizә kinayә
ilә qulaq asmasın. Çıx, cәhәnnәm ol burdan!
Sәyyar satıcı onun dediyinә tabe oldu. Piştaxtanın üstündәki
düymәlәri әli ilә süpürlәyib qara rәngli dәri çantaya yığdı vә
qapıya tәrәf qaçdı. O, balacaboy, әyriayaq adam idi vә çox
yöndәmsiz qaçırdı. Mağazadan çıxarkәn çantası qapıya ilişdi.
Kişi sәndirlәyib yerә yıxıldı.
– Bunlar dәlidirlәr ki. Başlarına hava gәlib, dәli olublar, – o,
mızıldanaraq ayağa qalxdı vә tәlәsik mağazadan uzaqlaşdı.
160