Page 161 - anderson_Макет 1
P. 161
“Maymaq”
Elmer Kauli ilә atası mağazada tәk qalıb baxışlarını bir-
birinә zillәdilәr. İndi Elmerin qәzәbinә sәbәb olan o adam getmişdi
vә gәnc oğlan atası qarşısında pәrtlik keçirirdi.
– Bilirsәn, niyә belә elәdim? Çünki biz hәmişә hәrif olmuşuq.
Hamı bizi maymaq hesab elәyib, – Elmer izahatını bitirib vitrinә
tәrәf getdi vә tapançanı yerinә qoydu. Çәllәyin üstündә oturdu,
bayaqdan әlindә tutduğu ayaqqabısını geyinib, bağını bağladı.
Elmer gözlәyirdi ki, atası ona haqq qazandıran nәsә deyәcәk.
Amma Ebenizerin dediyi sözlәr onu tәzәdәn әsәbilәşdirdi vә
Elmer daha heç nә demәdәn mağazadan çıxdı. Ebenizer uzun,
kirli barmaqları ilә ağ saqqalını qaşıyıb bir az öncә sәyyar
satıcının üzünә baxdığı mütәrәddid ifadә ilә oğlunun dalınca
baxdı.
– Neyniyim, neyniyim. Qoy mәni kraxmallasınlar, yusunlar,
ütülәsinlәr, – Ebenizer asta sәslә dedi.
Elmer Vaynzburqdan çıxıb, dәmiryol xәttinin yanındakı kәnd
yolu ilә getmәyә başladı. Hara gedәcәyini, nә edәcәyini bilmirdi.
Yolun relslәrә tәrәf burulduğu yerdә dayandı vә bayaqkı qәzәb
yenidәn onu danışmağa vadar etdi:
– Mәn daha maymaq olmayacam. Cammat maraqla mәnә
baxmayacaq, söhbәtlәrimә qulaqlarını şәklәmәyәcәklәr, – ucadan
dedi. – Mәn dә başqa adamlar kimi olacam. O Corc Villardın da
dәrsini verәcәm. Göstәrәcәm ona, göstәrәcәm!
Elmer hәyәcanlanmış halda yolun ortasında dayandı vә geri
dönüb qәsәbәyә baxdı. O, Corc Villardı yaxından tanımırdı,
bütün günü qәsәbәni dolaşıb xәbәr toplayan gәnc jurnalistlә heç
bir qәsd-qәrәzi yox idi. Sadәcә sәhәrçağı, mağazada atasıyla
sәyyar satıcı söhbәt etdiyi vaxt Corc Villardı qәzet mәtbәәsindә
görәndә şübhәlәnmişdi. Ona elә gәlmişdi ki, mәtbәәdәn çıxıb
onların mağazası qabağından tez-tez oyan-buyana keçәn, yolda
gördüyü adamlarla ayaqüstü söhbәt edәn Corc, әslindә, onlar
haqqında düşünәrәk Kaulilәrin maymaqlığına öz ürәyindә gülür.
Elmerin fikrincә, bütün ruhuyla bu qәsәbәyә aid olan Corc
Villard Vaynz bur qun tipik sakini kimi özündә bütün qәsәbәni
tәcәssüm etdirirdi. Elmer bilmirdi ki, әslindә, Corc Villard da
tәlaşlı vә narahat günlәr keçirir, anlaşılmaz istәklәr vә sirli arzular
161