Page 157 - anderson_Макет 1
P. 157

Oyanış

             Kolların arasında әllәri vә dizlәri üstә dayanan Corc Villard
          gözlәrini qarşısındakı mәnzәrәyә zillәdi vә nә edәcәyini düşünmәyә
          çalışdı. Corc onu tәhqir elәyәn adamın üstünә atılmaq istәdi. Bu
          cür biabırcasına kәnara itәlәnmәkdәnsә, döyülmәk daha yaxşı
          idi.
             Gәnc jurnalist düz üç dәfә onun üstünә cumdu vә hәr dәfә dә
          Ed çiyinlәrindәn tutub onu kollara tәrәf tulladı.  Yaşca böyük
          olan meyxana xidmәtçisi, bәlkә dә, yorulmadan buna davam
          edәcәkdi. Amma üçüncü dәfә yıxılanda Corcun başı ağaca dәyib
          әzildi vә o, daha yerindәn qalxa bilmәdi. Sonra Ed Hendbay Bell
          Karpenterin qolundan tutdu vә onlar yola düzәldilәr.
             Corc indi bir qadınla bir kişinin kolların arası ilә keçib-
          getmәyinә tamaşa edirdi.
             Yamacdan aşağı sürünәrkәn ürәyindә dәhşәtli bir kәdәrin
          yarandığını hiss elәdi. Özünә vә onu bu cür alçaldan bәxtinә
          nifrәt etmәyә başladı. Dar dalanda tәnha keçirdiyi o bir saatı
          yadına salanda isә karıxıb qaldı vә sakitcә qaranlıqda dayanıb bir
          az әvvәl ona cәsarәt verәn hәmin sәsin kәnardan yenә dә onu
          çağıracağına ümid edәrәk әtrafı dinşәdi. Evinә gedәn yolda taxta
          daxmaların yerlәşdiyi küçәdәn keçәrkәn Corc daha әtrafındakı
          mәnzәrәyә dözә bilmәdi vә ona sonsuz dәrәcәdә miskin vә
          mәnasız görünәn bu qonşu evlәrin ürәkparçalayan mәnzәrәsindәn
          yaxa qurtarmağa çalışaraq var gücüylә qaçmağa başladı.
























                                                                  157
   152   153   154   155   156   157   158   159   160   161   162