Page 155 - anderson_Макет 1
P. 155

Oyanış

          niyyәtindә idi. Amma qız qapıya gәlәndә Ed Hendbay bütün
          cәsarәtini vә inamını itirdi. Әhvalı dәyişdi, kefi pozuldu.
             – O gәdәdәn uzaq dur, – Corc Villardı nәzәrdә tutub mızıldandı,
          sonra nә deyәcәyini bilmәdi vә getmәk üçün üzünü çevirdi. –
          Әgәr sizi bir dә birlikdә görsәm, ikinizin dә sümüklәrini sındıracam.
             Ed Hendbay, әslindә, qızı hәdәlәmәk üçün yox, evlilik tәklif
          etmәk üçün gәlmişdi. Әsәbilәşmәyinin sәbәbi isә cәsarәtini itirib
          ürәyindәki sözlәri deyә bilmәmәsi idi.
             Mәşuqu getdikdәn sonra Bell içәri girib pillәkәnlә yuxarı
          qalxdı. Üst mәrtәbәnin pәncәrәsindәn Ed Hendbayın küçәni
          keçdiyini vә qonşu evin qarşısında ata mindiyini gördü. Ed
          alaqaranlıqda başını әllәri arasına alıb hәrәkәtsiz dayanmışdı. Bu
          mәnzәrә Belli sevindirdi. Corc gәlәndә qız onu şәn qarşıladı vә
          şlyapasını tәlәsik başına qoyub çölә çıxdı. O fikirlәşirdi ki,
          Corcla gәzәrkәn Ed onları izlәyәcәk vә qısqanclıqdan dәli olacaq.
          Bell onun әzab çәkmәsini istәyirdi.
             O gecәnin gözәl havasında gәnc jurnalistlә Bell Karpenter
          düz bir saat ağacların altı ilә gәzdi. Corcun ürәyi sözlәrlә dolu
          idi. Az öncә dar dalanda ikәn onu bürüyәn hisslәr hәlә keçmәmişdi.
          İndi o, qollarını yellәdәrәk, lovğa-lovğa yeriyir vә cәsarәtlә
          danışırdı. İstәyirdi ki, әvvәlki zәifliyindәn özünün dә xәbәri
          olduğunu vә artıq dәyişdiyini Bell Karpenterә hiss etdirsin.
             – Özün dә görәcәksәn ki, mәn dәyişmişәm, – Corc әllәrini
          cibinә qoyub cәsarәtlә qızın gözlәrinә baxdı. – Bilmirәm niyә,
          amma dәyişmişәm. Bundan sonra ya mәnim artıq yetkin bir kişi
          olduğumu qәbul elәmәlisәn, ya da çıxıb getmәlisәn.
             Belәcә, tәzә ayın işığı altında bir oğlan vә bir qız söhbәt edә-
          edә sakit küçәdәn keçib-gedirdilәr.
             Corc sözünü sona çatdırdı. Onlar yan küçәyә buruldular vә
          körpünü keçib tәpәnin böyründәki cığırla getmәyә başladılar.
          Tәpә Votervörks Pond tәrәfdәn başlanır vә Yarmarka meydanına
          qәdәr uzanırdı.  Yamacı sıx kollar vә xırda ağaclar örtmüşdü.
          Kolların arasında açıq vә boş bir yer var idi. Hәmin yerdә indi
          soyuqdan donmuş uzun alaq otları gözә dәyirdi.
             Yanındakı qadınla birgә tәpәyә qalxan Corcun ürәyi sürәtlә
          döyünmәyә başladı. Qәddini düzәldib düşünә-düşünә yola davam
          etdi. Birdәn nәdәnsә ağlına gәldi ki, Bell Karpenter özünü ona

                                                                  155
   150   151   152   153   154   155   156   157   158   159   160