Page 151 - anderson_Макет 1
P. 151

Oyanış

          çıxmışdı. Hәmin axşam o, Vesley Moyerdәn bir at vә bir fayton
          kirayәyә götürmüş vә Belli gәzdirmişdi. Ed qәrara gәlmişdi ki,
          bu qız eynәn onun istәdiyi qızdır vә onu mütlәq әldә etmәlidir.
          O, Bellә öz arzularını danışmışdı. Ed evlәnmәyә vә ailәsini
          saxlamaq üçün pul qazanmağa hazır idi, amma tәbiәtcә elә sadә
          adam idi ki, öz niyyәtini demәkdә çәtinlik çәkirdi. Hәmin görüşdә
          ehtirası getdikcә daha da şiddәtlәnәn Ed öz niyyәtini bәdәninin
          vasitәsilә demәyә can atmışdı. Belli qolları arasına almış, qız
          etiraz etsә dә, onu öz bәdәninә sıxmış vә çırpınmaqdan vaz
          keçәnә cәn onu öpmüşdü. Sonra onlar qәsәbәyә qayıtmışdılar.
          Qız faytondan düşәrkәn Ed:
             – Gәlәn dәfә sәni buraxmayacam. Bu, oyun deyil. Mәnimlә
          oyun oynaya bilmәzsәn, – deyә faytonu sürmәk üçün üzünü
          çevirmişdi. Sonra yerә düşüb güclü әllәri ilә qızın çiyinlәrindәn
          tutmuşdu.
             – Gәlәn dәfә әlimdәn qaça bilmәyәcәksәn. Yaxşı olar, özünü
          buna hazırlayasan. Mәnim olacaqsan, sәni heç kimә verәsi
          deyilәm. Mәnim olanacan da sәndәn әl çәkmәyәcәm.
             Göy üzündә tәzә ayın bәrq vurduğu bir yanvar axşamında
          Corc Villard – Edin fikrincә, Belli әlә keçirmәkdә onun yeganә
          maneәsi Corc idi – yenә hәmişәki gәzintisinә çıxdı. Axşamüstü
          o, Ses Riçmond vә qәsәbә qәssabının oğlu Art Vilsonla birgә
          Rәnsom Sörbekin bilyard salonuna getmişdi. Ses Riçmond
          arxasını divara söykәyib sakitcә dayanmışdı. Corc isә danışırdı.
          Bilyard salonu Vaynzburqun gәnc oğlanları ilә dolu idi. Onlar
          qadınlardan söhbәt edirdilәr. Gәnc jurnalist dә bu söhbәtlәrә
          köklәnmişdi. O deyirdi ki, qızların özlәri gәrәk diqqәtli vә
          ehtiyatlı olsunlar, çünki әgәr oğlanla qız görüşürsә, oğlan heç
          nәyin mәsuliyyәtini daşımır. Danışarkәn diqqәti cәlb etmәk üçün
          әtrafındakılara baxırdı. Beş dәqiqә durmadan danışdı. Sonra Art
          Vilson sözә başladı. Art Vilson Kәl Prouzun dükanında dәllәklik
          öyrәnirdi. O artıq özünü beysbol, at yarışları, içki vә qadın kimi
          mәsәlәlәrdә usta sayırdı. İndi Art Vaynzburqdan olan başqa iki
          nәfәrlә şәhәr mәrkәzindәki fahişәxanaya getdiklәri gecәdәn
          danışırdı. Danışarkәn ağzının bir küncündә siqaretini saxlayır vә
          döşәmәyә tüpürürdü.

                                                                  151
   146   147   148   149   150   151   152   153   154   155   156