Page 150 - anderson_Макет 1
P. 150

Şervud Anderson

            üstünә yaxmışdı. Sonra özünü rahat vә xoşbәxt hiss edәrәk
            tәzәdәn işinә qayıtmışdı.
                Bәzәn Bell Karpenter axşamlar Corcla gәzmәyә çıxırdı.
            Әslindә, o, başqasını sevirdi, amma bu gizli mәhәbbәt onu çox
            narahat edirdi. Bell Ed Qirifisin meyxanasında bufetçi işlәyәn
            Ed Hendbaya aşiq olmuşdu. Corcla isә sadәcә öz duyğularının
            ağırlığından xilas olmaq üçün görüşürdü. Bell düşünürdü ki,
            onun hәyatda tutduğu mövqe bir bufetçi ilә yan-yana gәzmәyә
            mane olur. O, Corc Villardla ağacların altında gәzir vә vücudundakı
            hәsrәtlәrdәn yaxa qurtarmaq üçün Corcun öpüşlәrinә mane
            olmurdu. Fikirlәşirdi ki, istәdiyi vaxt Corcu özündәn uzaqlaşdıra
            bilәr, amma Ed Hendbaya qarşı bu cür iradәli olacağına әmin de -
            yil di.
                Otuzyaşlı Hendbay hündürboy, enlikürәk adam idi. Qirifisin
            meyxanasının yuxarı mәrtәbәsindәki otaqda qalırdı. Onun iri
            yumruqları, hәddәn artıq balaca gözlәri var idi, sәsi isә sanki
            yumruqlarının qarşısıalınmaz gücünü azaltmaq üçün çox zәrif vә
            sakit idi.
                İyirmi beş yaşında ikәn İndianadakı әmisindәn ona böyük bir
            ferma miras qaldı. Ed fermanın satışından qazandığı sәkkiz min
            dolları altı ayın içindә xәrclәyib qurtardı. İәri gölünün yaxınlı -
            ğın da yerlәşәn Sәndaskiyә gedib eyş-işrәtә başladı. Bu haqda
            yayılan söz-söhbәtlәr doğulduğu qәsәbәdә ona qarşı böyük bir
            hörmәt yaratdı. O, faytonu ilә hәr gün bir yerә gedir, pulları, az
            qala, bütün yolboyu sәpәlәyir, qadınlara, kişilәrә şәrab ziyafәtlәri
            verir, ortaya yüksәk mәblәğlәr qoyub kart oynayır vә mәşuqәlәrinin
            paltarlarına yüzlәrlә dollar xәrclәyirdi. Bir gecә Sedar Point adlı
            istirahәt mәrkәzindә bir nәfәrlә savaşmışdı. Qәzәbindәn özünü
            idarә edә bilmәyәn Ed vәhşi kimi qarşısındakının üstünә cummuş -
            du. Mehmanxananın ayaqyolusundakı böyük aynanı yumruğu
            ilә qırmış, sonra isә çıxan sәs-küydәn zövq almaq vә axşamı
            burada keçirmәk üçün Sәndaskidәn öz sevgililәri ilә hotelә tәşrif
            buyurmuş mәmurların gözlәrindәki dәhşәt ifadәsini görmәkdәn
            ötrü rәqs zallarındakı bütün pәncәrә şüşәlәrini vә stulları sındırmışdı.
                Ed Hendbay ilә Bell Karpenter arasındakı münasibәt, әslindә,
            elә dә dәrin deyildi. Ed onunla cәmi bir dәfә axşam gәzintisinә

         150
   145   146   147   148   149   150   151   152   153   154   155