Page 145 - anderson_Макет 1
P. 145

Tәnhalıq

          gecә yağış yağırdı. Meyn küçәsindәki lampaların işığı yağışlardan
          yaranan gölmәçәlәrin üstünә düşürdü. Meşәdә qapqara görünәn
          ağacların budaqlarından yağış damcıları süzülürdü. Nәm yarpaqlar
          isә torpağa, torpağın altından çıxan ağac köklәrinә qonmuşdu.
          Kәrdilәrdәki kartof kolları necә gәldi yerә sәrәlәnmişdi. Hәr gün
          axşam yemәyindәn sonra bir yerә yığışıb söhbәt edәn kişilәr o
          axşam yağışa görә çölә çıxmaq fikrindәn daşınmışdılar. Yağışın
          altında gәzişәn Corc Villard isә özünü xoşbәxt hiss edir, yağışın
          yağdığına sevinirdi. O da eynәn küçәlәrdә tәk-tәnha gәzәn Enok
          Robinsona bәnzәyirdi, amma Enokdan fәrqli olaraq, Corcun
          boyu hündür idi vә Enokdan fәrqli olaraq, Corc ağlamağın kişiyә
          yaraşmadığını düşündüyü üçün bu tәnha gәzintilәr zamanı
          ağlamırdı. Düzdür, son bir ayda anası xәstә olduğu üçün o da
          kәdәrliydi, amma bu kәdәr onun hәyat eşqini azalda bilmәmişdi.
             Enok Robinsonla Corc Villard Momi küçәsindәki Voyta aid
          araba mağazasının damından küçәyә uzanan taxta çardağın altında
          qarşılaşdılar. Sonra yağışlı küçәlәrdәn keçib Enokun Hefner
          binasında üçüncü mәrtәbәdә yerlәşәn evinә getdilәr. O evә
          getmәyi Corc çoxdan istәyirdi. Ondәqiqәlik ayaqüstü söhbәtdәn
          sonra Enok onu evinә dәvәt etdi. Corc Enokun normal adam
          olmadığı haqqında çox söz eşitdiyi üçün әvvәlcә qorxdu, sonra
          isә cәsarәtini toplayaraq Enokun evini görmәk marağı ilә ora
          getmәyә razılaşdı. Artıq küçәdә olarkәn yağışın altında gәzdiklәri
          vaxt Enok köhnә evindә yaşadığı macәraları yavaş-yavaş ona
          danışmağa başladı.
              – Әgәr çalışsan, mәni başa düşәcәksәn, – dedi, – hәr dәfә
          sәni görәndә diqqәtlә sәnә baxırdım. Mәnә elә gәlir ki, sәn mәni
          başa düşә bilәrsәn. Bu, elә dә çәtin deyil. Sadәcә mәnim dedik lә -
          ri mә inanmağa çalış, diqqәtlә dinlә vә hәm dә inan.
             Enok Corc  Villarda onu Nyu  Yorkdan  Vaynzburqa köçüb
          tәnha vә mәzlum bir hәyat yaşamağa vadar edәn o qadın haqqında
          danışmağa başlayanda saat on biri ötmüşdü. O, başını әllәri
          arasına alaraq pәncәrәnin yanındakı çarpayıda oturmuş, Corc isә
          stulda әylәşmişdi. Masanın üzәrindә neft lampası yanırdı. İçindә
          heç bir mebel olmayan otaq tәrtәmiz idi. Enoku dinlәdikcә Corc


                                                                  145
   140   141   142   143   144   145   146   147   148   149   150