Page 144 - anderson_Макет 1
P. 144
Şervud Anderson
dә ondan qorxmuşdu. Artıq Enokun heç vaxt qayıtmayacağına
әmin olduqdan sonra o, iki uşağını da götürüb qız vaxtı yaşadığı
Konnektikatdakı kәndlәrinә köçdü. Sonralar o, torpaq tacirinә
әrә getdi vә ömrünün sonunacan hәyatından mәmnun halda
yaşadı.
Enok Robinson isә Nyu Yorkdakı köhnә evinә qayıdıb, köhnә
xәyal dostları ilә birgә uşaq kimi xoşbәxt yaşamağa başladı.
Rahatca danışdığı, bәzәn ürәyindә zarafatlaşıb oynadığı bu dostlar
onun üçün hәyatın qәribә hәdiyyәlәri idi. Mәnә elә gәlirdi ki, xә -
ya lında canlandırdığı o adamlar әvvәllәr tanıdığı adamların
kölgәlәri idi. Onların arasında әlinә qılınc almış bir qadın, yanında
hәmişә it gәzdirәn ağ, uzunsaqqallı qoca bir kişi, corablarının
boğazı aşağı düşüb ayaqqabısının üstünü örtәn gәnc bir qız da
var idi. Vә daha neçә-neçә bu cür kölgә Enokun evindә yaşayırdı.
Enok çox xoşbәxt idi. O, otağa girib qapını açarla bağla yan -
dan sonra sanki çox mühüm mәsәlәni hәll edirmiş kimi ucadan
danışmağa başlayır, kimәsә mәslәhәtlәr verir, hәyat haqqında
fәlsәfi fikirlәrini deyirdi. O hadisә baş verәnә qәdәr Enok öz
hәyatından vә әvvәlki işindәn çox mәmnun idi. Amma o hadisә
baş verdi. Enok Vaynzburqa da o hadisәdәn sonra köçdü. Belә
olmasaydı, biz dә onun haqqında heç nә bilmәzdik. Enokun
qarşısına çıxan o gözlәnilmәzlik bir qadınla bağlı idi. Bu, әslindә,
belә dә olmalıydı. Çünki Enok hәddәn artıq xoşbәxt idi. Bu
xoşbәxtlik belә davam edә bilmәzdi. Nәsә baş vermәliydi ki, o,
Nyu Yorku tәrk edib Ohayoya gәlsin vә hәr axşam Vesley Moye -
rin tövlәsinin arxasında batan günәşin işığı altında küçәlәri vey-
il-veyil yuxarı-aşağı dolaşsın.
Enok hәyatını dәyişәn bu olay haqqında bir gecә Corc Villarda
danışdı. O, kimәsә ürәyini açmaq, kiminlәsә dәrdini bölüşmәk
istәyirdi. Onu anlayacağını düşünәrәk Enok hәmsöhbәti kimi
Corcu seçmişdi. Çünki o vaxt Corcun da ürәyini bir kәdәr
bürümüşdü vә bu kәdәrli ürәyi ilә Enoku yalnız o, başa düşә
bilәrdi.
Onların rastlaşdığı hәmin çiskinli oktyabr axşamı güclü yağış
yağırdı. Bağ-bağçaların bütün barları yığılıb-qurtarmışdı.
Vaynzburqun payız gecәlәrindә sәmada hәmişә işıqlı ay parıldayar,
havada isә şaxtanın qoxusu olardı. Amma o gecә elә deyildi. O
144