Page 146 - anderson_Макет 1
P. 146

Şervud Anderson

            stuldan qalxıb çarpayıda onun yanında әylәşmәk, qollarını
            yarıqaranlıqda kәdәrli-kәdәrli danışan vә Corcu da qәmlәndirәn
            Enokun çiyinlәrinә qoymaq istәyirdi.
                – Neçә il o evdә tәnha yaşayandan sonra o qadın mәnim
            evimә gәlmәyә başladı, – Enok dedi. – Biz dәhlizdә rastlaşmış,
            orda tanış olmuşduq. Mәn bilmirdim ki, o, öz otağında nә işlә
            mәşğul olur. Çünki heç vaxt ora getmәmişdim. Amma mәnә elә
            gәlirdi ki, o, musiqiçi idi, skripka çalırdı. O, hәr gün mәnim
            otağıma gәlirdi. Qapını döyür, sonra içәri girirdi. İçәri girib
            mәnim yanımda otururdu. Sadәcә oturub mәnә baxırdı. Heç nә
            demirdi. Desә dә, çox önәmli şeylәr danışmırdı.
                Qoca Enok çarpayıdan qalxıb otaqda gәzişmәyә başladı.
            Әynindәki plaş hәlә dә yaş idi.  Arabir yağış damcıları onun
            üstündәn döşәmәyә düşürdü. Tәzәdәn çarpayının üstündә әylә -
            şәn dә Corc da stuldan qalxıb onun yanında oturdu.
                – Mәn ona qarşı qәribә hisslәr duyurdum. Otaqda mәnlә otu-
            randa elә bilirdim ki, otaq ikimiz üçün çox balacadı. O gәlәndә
            hәr şey, hәr kәs otağımı tәrk edib gedirdi. Biz adi, önәmsiz şeylәr
            haqqında danışırdıq. Amma bu söhbәtlәr mәnә kifayәt etmirdi.
            Mәn barmaqlarımla ona toxunmaq, onu öpmәk istәyirdim. O,
            çox gözәl idi, çox güclü әllәri var idi. Gözlәri dә hәmişә mәnә
            baxırdı.
                Qoca kişinin titrәyәn sәsi birdәn dayandı, bәdәni soyuqdan
            әsmәyә başladı.
                – Mәn qorxurdum, – o, pıçıltı ilә dedi, – mәn çox qorxurdum.
            Hәrdәn istәyirdim ki, onu otağa girmәyә qoymayım, amma
            bacarmırdım. Qapı döyülәndә öz-özümә “yox, yox” deyirdim.
            Amma hәr dәfә dә durub qapını açırdım. O, әsl qadın idi. Yetkin,
            gözәl. O, hәr gün yanıma gәlәndә gözümdә daha da ucalırdı.
                Enok Robinson gözlәrini Corc Villarda zillәdi vә onun uşaq
            gözlәrinә bәnzәyәn mavi gözlәri lampa işığında parıldadı.Yenidәn
            bәdәni titrәmәyә başladı.
                – Hәrdәn ürәyim onu lap çox istәyirdi, hәrdәn dә onu görmәk
            belә istәmirdim. Sonra yavaş-yavaş ona evimdәki hәmin adamlar
            haqqında danışmağa başladım. Özümә mane olmağa, susmağa,
            heç nә demәmәyә çalışsam da, bacarmadım. Qapını açanda necә
            tәrәddüd keçirirdimsә, onda da içimdә elә bir tәrәddüd var idi.

         146
   141   142   143   144   145   146   147   148   149   150   151