Page 142 - anderson_Макет 1
P. 142

Şervud Anderson

            yavaş öz ağlına da şübhә etmәyә başladı. O düşünürdü ki, fikrindә
            olanları, demәk istәdiklәrini rәsm әsәrindә dә ifadә edә bilmir.
            Bütün bunlardan әsәbilәşdiyi vә öz taleyindәn incidiyi üçün daha
            hәmin dostlarını evinә dәvәt elәmәdi vә heç kimin gәlmәmәsi
            üçün tezliklә günün bütün vaxtlarında qapını açarla bağlamağa
            da vәrdiş elәdi. O düşünürdü ki, artıq evinә kifayәt qәdәr adam
            gәlib vә onun başqa adamları tanımağa ehtiyacı yoxdur. O, fikrini
            ifadә edә bilәcәyi, başqaları ilә bölüşә bilmәdiyini rahatca
            bölüşәcәyi yeni adamlar kәşf etdi. Hәr gün öz xәyalında kәşf
            etdiyi bu adamları evinә çağırıb onlara ürәyindә olan bütün
            sözlәri dedi. Evinin daimi sakinlәri olan xәyali ruhlarla danışmağa
            adәt etmiş Enok Robinson bu xәyali ruhları әvvәllәr tanıdığı
            adamların xatirәlәrindәn qoparmış, onu başa düşәn, o rәsm
            әsәrindәki qadın obrazını belә, anlamağa gücü yetәn yeni insanlar
            yaratmışdı.
                Mavigözlü, yumşaqtәbiәtli Enokda uşaq xudbinliyi var idi.
            Uşaqlar kimi, heç bir dost istәmirdi. Rahatca söhbәt edә, hәtta
            tәnqid vә tәhqir edә bilәcәyi xәyali insanlar onun üçün kifayәt
            idi. Bu adamlar arasında özünü cәsur vә inamlı hiss edirdi.
            Bәzәn onlar da danışır, öz fikirlәrini deyirdilәr. Amma әn sonda
            vә hamıdan yaxşı danışan Enok olurdu. O, özünü bәzәn bütün
            günü fikrindәki bәdii obrazlar haqqında düşünәn yazıçıya, bәzәnsә
            Nyu Yorkda Vaşinqton meydanı ilә üzbәüz yerlәşәn altıdollarlıq
            kirayә ölkәnin sahibi, mavigözlü vә balaca hökmdara bәnzәdirdi.
                Sonra Enok Robinson evlәndi. O, getdikcә tәnhalığını daha
            dәrindәn hiss edir, kimәsә barmaqları ilә toxunacaq qәdәr yaxın
            olmaq istәyirdi. Enok artıq xәyalların da tәnha evdә ona yetmәdiyini
            başa düşürdü. Şәhvәt hisslәri ona rahatlıq vermir, gecәlәr bәdәnini
            qәribә bir hәrarәt bürüdüyü üçün yata bilmirdi. Enok bir vaxtlar
            rәsm mәktәbindә onunla eyni parta arxasında oturmuş qız ilә
            evlәndi vә Bruklindәki bina evindә yaşamağa başladı. Onların
            iki uşağı dünyaya gәldi. Ora köçdükdәn sonra reklam şirkәtindә
            özünә iş tapıb, reklam posterlәri üçün illüstrasiyalar çәkmәklә
            başını qatdı.
                Evlilikdәn sonra onun hәyatında yeni bir mәrhәlә başlandı.
            O, özünü tәzә bir oyuna başlamış oyunçu kimi hiss edirdi. Bir
            müddәt Enok dünyaya insan gәtirdiyi, ölkәsinә vәtәndaş

         142
   137   138   139   140   141   142   143   144   145   146   147