Page 141 - anderson_Макет 1
P. 141

Tәnhalıq

          danışmaq istәyәndә dili topuq vurur vә sәsi özünә dә çox qәribә
          vә cığıltılı görünürdü. Belә olanda dәrhal susur vә bir dә
          danışmırdı. Әslindә, o, nә deyәcәyini çox yaxşı bilirdi, amma
          onu da yaxşı bilirdi ki, o sözlәri heç vaxt heç kimә deyә
          bilmәyәcәk. Çәkdiyi hansısa bir rәsm әsәrini dostları müzakirә
          etdiyi zaman yerindәn sıçrayıb böyük bir şövqlә danışmaq vә bu
          sözlәri demәk istәyirdi:
             – Siz әsәrin mahiyyәtini tuta bilmәmisiniz. Әslindә, bu әsәrin
          bayaqdan bәri dediyiniz sözlәrlә çox da әlaqәsi yoxdu. Bu şәkildә
          başqa şey var, sizin görә bilmәdiyiniz, bәlkә dә, görmәk istәmә -
          di yiniz başqa şey. Mәsәlәn, bura diqqәtlә baxın, qapının yanına,
          pәncәrәdәn işığın düşdüyü yerә. Sizin o görmәdiyiniz yolun
          qaranlıq hissәsi, bilirsiniz, nәdi? O qaranlıq ilә mәn hәr şeyin
          başlanğıcını göstәrmәk istәmişәm. Sonra, mәsәlәn, o biri şәkildә
          Vaynz burqdakı evimizin qabağına toplaşan o qoca kişilәrin ara -
          sın  da çәtinliklә gözә çarpan bir nәfәr var. Onu görә bilirsiniz?
          Yox, görә bilmirsiniz. Baxın, orda tәsvir edilәn qadındır. O,
          atdan yıxılıb vә atı da qaçıb gedib. Sonra o kişini görürsünüz? O
          araba sürәn kişini. Görürsünüz, әtrafa necә narahat-narahat baxır?
          Bu adam yolun üstündә ferması olan Sәd Greybәkdi. O, Komstok -
          da kı dәyirmana taxıl daşıyır. Bax hәmin adam hiss edir ki, o
          qoca kişilәrin arasında kimsә var, amma onun kim olduğunu
          bilmir.
             Hә, orda gizlәnәn qadındır! Qadındır, gözәl bir qadın! Onun
          harasısa ağrıyır, amma sәsini çıxarmır. Baxın, görürsünüz, necә
          sakit uzanıb? Qorxudan rәngi dә qaçıb. Amma yenә dә gözәldi.
          O gözәllik әtrafa da yayılır. Hәr tәrәfә onun gözәlliyi işıq saçır.
          Hәtta göy üzünә dә o gözәlliyin işığı düşür. Amma mәn o qadını
          yaxşı çәkmәyә çox da çalışmadım. O qadın rәsm üçün hәddәn
          artıq gözәldir. Bunları qoyub әsәrin kompozisiyasından vә başqa
          önәmsiz, cansıxıcı şeylәrdәn necә danışa bilirsiniz? Niyә siz o
          sәmaya baxmırsınız? Niyә mәn Vaynzburqda yaşadığım zaman
          uşaqkәn etdiyim kimi, siz dә o sәmanı görәndәn sonra heyrәtdәn
          küçәyә çıxıb yorulanacan qaçmaq istәmirsiniz?
             Enok Robinsonun otaqda yığışan dostlarına demәk istәdiyi,
          amma demәyә qorxduğu sözlәr bunlar idi. Sonralar Enok yavaş-

                                                                  141
   136   137   138   139   140   141   142   143   144   145   146