Page 143 - anderson_Макет 1
P. 143

Tәnhalıq

          qazandırdığı üçün qürur hissi keçirirdi. Daha hadisәlәrdә dәrin
          mәna axtarmadan, digәr insanlar kimi adi hәyat hәqiqәtlәri ilә
          yaşamağa başladı. Payızda keçirilәn seçkilәrdә o da iştirak etdi
          vә qәzet sifariş verәrәk hәr sәhәr evindә qәzet oxumaq vәrdişinә
          yiyәlәndi. Axşamlar evinә gәlәrkәn tramvaydan düşdükdәn sonra
          hansısa iş adamı ilә birgә addımlayır, tәmkinli-tәmkinli, sakit-
          sakit evinә tәrәf gedir vә olduqca önәmli bir adam kimi görünmәyә
          çalışırdı. Artıq vergi ödәyicisinә çevrildiyi üçün özünü ölkәnin
          önәmli bir vәtәndaşı, hökumәtin bir üzvü kimi hiss edirdi.
             – Mәn bu ştatın, bu şәhәrin önәmli adamı olacam, – sevincli
          vә qürurlu bir hisslә öz-özünә deyirdi. Bir dәfә Filadelfiyadan
          gәlәrkәn qatarda bir adamla tanış oldu. Hәmin adamın verdiyi
          siqaretdәn çәkә-çәkә hökumәtin dәmiryollarını özәllәşdirmәsi
          vә nәzarәti öz әlinә alması ilә bağlı uzun-uzadı danışdı. Enok
          danışdıqca hәyәcanlanırdı. Sonra o, öz sözlәrini böyük hәzlә
          xatırlayırdı.
              – Dediklәrim o adamın ağlına batdı. İndi mәnim sözlәrim
          haqqında düşünәcәk, – pillәkәnlә Bruklindәki evinә qalxarkәn
          öz-özünә deyirdi.
             Amma әlbәttә ki, Enokun evlilik hәyatı da uğurlu alınmadı.
          O özü arvadından ayrılmaq qәrarı verdi. Çünki artıq yaşadığı
          binanın divarları arasında sıxılır, bu hәyatın onu boğduğunu hiss
          edir vә bir vaxtlar evinә gәlәn dostlarına duyduğu hissi öz
          uşaqlarına vә arvadına qarşı da duyurdu. Yalandan işinin olduğunu
          deyәrәk gecәlәri tәk-tәnha küçәlәrdә gәzmәklә keçirirdi. Arvadından
          xәbәrsiz Vaşinqton meydanı ilә üz-üzә yerlәşәn әvvәlki evi dә
          yenidәn kirayәyә götürmüşdü. Hәmin әrәfәdә onun Vaynzburqda
          yaşayan anası El Robinson öldü vә Enok yeganә varis kimi
          anasından qalan sәkkiz min dollar pula sahiblәndi. Bu pul onun
          insanlardan tamamәn uzaqlaşması üçün göydәndüşmә oldu. Enok
          hәmin pulu arvadına verәrәk, daha onlarla birgә o evdә yaşaya
          bilmәdiyini dedi. Qadın әrinin bu sözlәrindәn sonra ağladı,
          әsәbilәşdi, Enoka ağzına gәlәni dedi. Enok isә sadәcә gözünü
          zillәyib bir anlıq ona baxdı vә sonra öz yolu ilә çıxıb getdi.
          Әslindә, qadın Enokun bu qәrarından çox da pis olmamışdı.
          Çünki o, hәmişә Enokun bir az dәli olduğunu düşünmüş, bәzәn

                                                                  143
   138   139   140   141   142   143   144   145   146   147   148