Page 148 - anderson_Макет 1
P. 148
Şervud Anderson
düşüb getdi. Hәmin vaxta qәdәr otağımda mәnimlә yaşayan
bütün adamlar da, elә bil ki, ard-arda düzülüb onun arxasınca
bir-bir otaqdan çıxdılar. O, hamını özüylә apardı, hamı çıxıb
getdi. Hamı ona qoşulub onunla birlikdә getdi. Tәk qaldım, tәk.
Corc üzünü çevirib otaqdan çıxdı. Qapıya tәrәf gedәrkәn
yenidәn o qoca vә zәrif sәsin ağlamsına-ağlamsına dediyi sözlәr
eşidildi. O sәs:
– Mәn burda tәnhayam, çox tәnhayam, – deyirdi, – orda, o
otaqda xoşbәxt idim, orda dostlarım var idi. İndi tәk qalmışam.
İndi tәnhayam, çox tәnhayam, tәnha, tәnha, tәnha...
148