Page 153 - anderson_Макет 1
P. 153

Oyanış

             Corc  Villard küçә fәnәrinin yanındakı hasarın qarşısında
          dayandı. Bәdәni әsmәyә başladı. Ağlına heç vaxt belә şeylәr
          etmәk gәlmәmişdi vә indi bu hәrәkәtlәrinin sәbәbi özünә dә
          maraqlı gәlirdi. Bir anlıq ona elә gәldi ki, bu sözlәri deyәn o
          deyil, bu sәslәr ondan kәnarda peyda olur. Sonra düşündüklәri
          özünә dә xoş gәldi vә gәzә-gәzә tәzәdәn bu coşqunluğu ilә bağlı
          özünә izahat vermәyә başladı.
             – Rәnsom Sörbekin bilyard salonundan çıx, sonra da belә
          şeylәr düşün. Yaxşısı, elә tәk qalmaqdır. Art Vilson kimi danışsam,
          ordakı oğlanlar mәni başa düşәcәkdilәr.  Amma indi burda
          düşündüklәrimi onlar çәtin anlaya bilsinlәr.
             İyirmi il әvvәlin digәr Ohayo qәsәbәlәri kimi, Vaynzburqda
          da bir çox sahәlәrdә günәmuzd fәhlәlәr işlәyirdi. Hәlә fabrik
          dövrü gәlmәdiyi üçün әkin sahәlәrindәki vә dәmiryollarındakı
          işlәri günәmuzd fәhlәlәr görürdü. Onlar günә on iki saat işlәyir
          vә bir dollar pul alırdılar. Yaşadıqları balaca evlәr taxtadan tikilir
          vә ucuz başa gәlirdi. Evlәrinin arxasında isә çox vaxt bağça
          yerlәşirdi. İmkanları nisbәtәn yaxşı olanlar bağçanın arxa
          hissәsindәki balaca tövlәlәrdә inәk, yaxud da donuz saxlayırdılar.
             Hәmin yanvar gecәsindә aydın vә açıq havada gәzә-gәzә
          Corc Villard bu cür evlәrin yerlәşdiyi küçәlәrdәn keçib-gedirdi.
          Beynindә bayaqkı sözlәr tәkrar-tәkrar sәslәnirdi. Küçә alaqaranlıq
          idi vә bәzi yerlәrdә sәki yox idi. Әtrafdakı mәnzәrәdә Corcun
          oyaq xәyallarını daha da qanadlandıran nәsә var idi. O, bir il idi
          ki, çoxlu kitab oxuyurdu vә indi orta әsrlәrin qәdim kәnd vә
          şәhәrlәrindәki hәyatı tәsvir edәn bir nağıl yadına düşürdü. O
          nağılı xatırlaya-xatırlaya Corc sanki әvvәlki hәyatında bir dәfә
          burada olduğunu hiss etdi vә indi tәkrarәn gәldiyi bu mәkanın
          ona yaşatdığı qәribә duyğuların tәsiri ilә tәәccüb vә heyrәt içindә
          sәndәlәdi. Sonra ani bir qәrarla küçәni dönüb inәk vә donuz
          saxlanılan tövlәlәrin arxasındakı qaranlıq vә balaca dalana girdi.
             O, tövlәdәn gәlәn kәskin qoxunu içinә çәkә-çәkә vә beynindәki
          tәzә fikirlәrlә başını qataraq düz bir saat bu dalanda qaldı. Tәmiz
          vә xoş havaya qarışmış qatı peyin iyi ürәyindә çoxdan qövr et -
          mә yә hazır duyğularını oyatdı. Kerosin lampalarla işıqlanmış
          kasıb vә balaca evlәr, bacalardan çıxıb aydın sәmaya doğru

                                                                  153
   148   149   150   151   152   153   154   155   156   157   158