Page 154 - anderson_Макет 1
P. 154

Şervud Anderson

            ucalan tüstülәr, donuzların sәsi, әynindә ucuz, çit paltarlarla
            mәtbәxdә qab yuyan qadınlar, evlәrindәn çıxıb Meyn küçәsindәki
            mağazalara, meyxanalara gedәn kişilәrin ayaq sәslәri, itlәrin
            hürüşmәsi, uşaqların ağlaşması – bütün bunlar qaranlıqda oturan
            Corcu bu hәyatdan alıb çox-çox uzaqlara apardı.
                Fikirlәrinin ağırlığına dözә bilmәdiyini hiss edib ayağa qalxdı,
            dar dalanda hәyәcanla gәzmәyә başladı. Üstünә cuman iti daşla
            qovub özündәn uzaqlaşdırdı. Bir kişi qapıya çıxıb itin üstünә
            qışqırdı. Corc heç bir tikilinin olmadığı boş vә açıq bir yerә
            getdi, başını qaldırıb sәmadakı ulduzlara baxdı. Bu adi gecәnin
            onu hәddәn artıq çox duyğulandırdığını, ona yeni bir ruh verdiyini
            hiss elәdi vә ürәyindәn keçdi ki, içindәki sözlәri bir-bir bu gecәyә
            vә bu sәmaya hayqırsın. O sözlәr, әslindә, heç bir fikir ifadә
            etmirdi, amma cәsarәtli vә mәnalı sәslәndiyi üçün Corc onları
            demәk istәyirdi. O, çılğın bir әda ilә qollarını yuxarı qaldırıb
            qışqırdı:
                – Ölüm, gecә, dәniz, qorxu, gözәllik.
                Corc boş torpaq sahәsindәn çıxıb yaşayış evlәrinin qarşısın -
            dan keçәn sәkidә dayandı. Bir anlıq fikrindәn keçdi ki, kaş bu
            balaca küçәdә yaşayanların hamısı onun qardaş-bacıları olaydı
            vә qorxmadan onların hamısını çölә çağıra, bir-bir görüşüb
            әllәrini sıxa bilәydi.
                – Kaş burda bir qadın olaydı, әlindәn tutaydım. İkimiz dә
            qaçaydıq, yorulanacan qaçaydıq. Onda bir az rahatlayardım.
                Beynindә o qadının xәyalı ilә küçәdәn çıxıb Bell Karpenterin
            evinә tәrәf getdi. Ona elә gәlirdi ki, Bell onu başa düşәcәk vә
            Bellin yanına getmәklә çoxdan bәri istәdiyinә nail olacaq. Әvvәllәr
            bir dәfә onunla görüşәndә Corc Bellin dodaqlarından öpmüş,
            amma evә qayıdandan sonra özünә әsәbilәşmişdi. Ona elә gәlmişdi
            ki, kimsә hansısa mәqsәdә çatmaqdan ötrü ondan istifadә edir.
            Bu hiss onu çox narahat etmişdi. İndi isә Corc fikirlәşirdi ki,
            artıq kifayәt qәdәr dәyişdiyi vә yetkin birinә çevrildiyi üçün
            daha heç kәs ondan istifadә edә bilmәz.
                Corc evә çatanda Bellin başqa bir qonağı da var idi. Ed
            Hendbay qapı ağzında dayanıb Belli söhbәt üçün çölә çağırırdı.
            O, Bellә bir az gәzib-dolanmaq vә ona evlilik tәklif etmәk

         154
   149   150   151   152   153   154   155   156   157   158   159