Page 149 - anderson_Макет 1
P. 149

OYANIŞ


             Bell Karpenter qarabuğdayı, hündürboy vә fiziki cәhәtdәn
          güclü qız idi. Boz rәngә çalan gözlәri vә qalın dodaqları var idi.
          Hәrdәn әhvalına qәmli düşüncәlәr hakim kәsilәndә әsәbilәşir vә
          arzu elәyirdi ki, kaş o da dünyaya qadın yox, kişi kimi gәlib
          kimisә öz yumruqları ilә yaxşıca әzişdirә bilәydi. O, xanım Keyt
          Mekhyunun qadın şlyapaları mağazasında işlәyir, bütün günü
          mağazanın arxa tәrәfindәki pәncәrәnin yanında dayanıb şlyapaları
          bir-bir sәliqәyә salırdı. Bell  Vaynzburqun ilk Milli Bankının
          mühasibi olan Henri Karpenterin qızı idi vә atasıyla birgә Bakay
          küçәsinin qurtaracağından bir xeyli aralıda yerlәşәn köhnә,
          qaranlıq bir evdә yaşayırdı. Ev şam ağacları ilә әhatә olunmuşdu.
          Ağacların altında ot yox idi. Evin arxa tәrәfindә pas örtmüş
          tәnәkә navalçalar bәrkidicidәn çıxdığı üçün külәk әsәndә balaca
          çardağın damına çırpılıb sәs çıxarırdılar vә bәzәn bu qәmgin sәs
          bütün gecә boyu davam edirdi.
             Bell hәlә gәnc ikәn atası Henri Karpenter onun hәyatını
          dözülmәz elәmişdi, amma qız böyüyüb yetkinlik yaşına çatdıqca
          daha atasının onun üzәrindә heç bir hökmü qalmadı. Mühasibin
          hәyatı saysız-hesabsız xırdaçılıqdan, çürükçülükdәn ibarәt idi.
          Sәhәrlәr yuxudan durub banka gedәndә dolabın qabağına keçib
          lama dәrisindәn olan köhnә paltosunu geyinirdi.  Axşam evә
          qayıdanda isә lama dәrisindәn olan digәr paltosunu geyinirdi.
          Çöldә geyindiyi paltarları hәr axşam ütülәyirdi. Bunun üçün o,
          taxta qurğu ixtira etmişdi. Paltarları taxta lövhәlәrin arasına
          qoyur vә hәmin taxtaları vintlә möhkәmcә sıxırdı. Sәhәrlәr nәm
          әsgi ilә taxtaları silir vә yemәk otağının qapısı arxasında dik
          halda divara söykәyirdi. Әgәr kimsә taxtaların yerini dәyişәrdisә,
          onun әsәbdәn, az qala, dili tutular vә bir hәftә özünә gәlә
          bilmәzdi.
             Henri Karpenter xasiyyәtcә höcәt adam idi vә öz qızından
          qorxurdu. Henriyә elә gәlirdi ki, qızı onun vaxtilә anasıyla necә
          qәddar davrandığını bilir vә buna görә dә ona nifrәt edir. Bir dәfә
          günorta vaxtı Bell küçәdәn bir ovuc palçıq gәtirib ütü taxtalarının

                                                                  149
   144   145   146   147   148   149   150   151   152   153   154