Page 165 - anderson_Макет 1
P. 165
“Maymaq”
Elmer tәzәdәn әl-qolunu ölçә-ölçә qışqırmağa başladı:
– Deyәcәm, özünә deyәcәm. Bundan sonra maymaq olmaya -
cam. Nә fikirlәşәcәklәri vecimә dә deyil. Daha dözә bilmirәm.
Elmer Kauli ağıldankәm kişini ocağın әtrafında tәk buraxıb
meşәdәn çıxdı. Sonra qoca da ayağa qalxdı vә çәpәri keçib
bayaqkı işinә qayıtdı. Sonra o:
– Mәn yuyulacam, ütülәnәcәm, kraxmallanacam. Hә, hә,
gәrәk yuyulum, ütülәnim, kraxmallanım, – deyә mızıldandı vә
saman yeyәn inәklәrin yanına gәldi.
– Elmer gәlmişdi, – üzünü inәklәrә tutub dedi. – Dәli olub,
vallah, başına hava gәlib. Yaxşısı budur, yavaş-yavaş o tayanın
dalına keçin, sizi görmәsin. Deyәsәn, kimәsә nәsә elәyәcәk.
Kimәsә zәrәr verәcәk. Qorxuludur, vallah, ondan heç baş açmaq
olmur.
Axşam saat sәkkizdә Elmer Kauli “Vaynzburq İql” qәzetinin
redaksiyasına gәldi. Corc Villard otağında oturub yazırdı. Papağını
gözlәrinin üstünә çәkmişdi. Üzündә qaşqabaqlı vә әzmkar bir
ifadә var idi. Elmer içәri girdi vә qapını bağlayıb dedi:
– Çölә gәl, sәninlә işim var.
Elmer sanki kiminsә gәlmәyinә mane olmaq üçün bir әli ilә
hәlә dә dәstәkdәn tutmuşdu.
– Bir az tez elә, işim var. Çıx çölә.
Corc Villard vә Elmer Kauli Vaynzburqun Meyn küçәsi ilә
gәzmәyә başladılar. Axşam düşmüş, hava soyumuşdu. Corc
Villardın әynindә onu şıq vә yaraşıqlı göstәrәn tәzә palto var idi.
O, әllәrini paltosunun cibinә qoyub sual dolu nәzәrlәrlә yanındakı
adamın üzünә baxırdı. Corc satıcı işlәyәn bu gәnc oğlanla çoxdan
bәri dost olmaq istәyirdi vә ona çox maraqlı idi ki, Elmer bu
haqda nә düşünür. Әlinә bu dostluq fürsәti düşdüyü üçün Corc
sevinirdi.
“Görәn, nә mәsәlәdir? Yәqin, qәzetә vermәyә nәsә tәzә
xәbәri var. Bәlkә, hardasa yanğın-zad olub. Yox, yanğın olmaz.
Siqnal sәsi gәlmәyib çünki, küçәdә dә sakitlikdir. Heç kim heç
yerә qaçıb elәmir”, – Corc düşünürdü.
O soyuq noyabr axşamında Vaynzburqun Meyn küçәsindә
çox az adam gözә dәyirdi. Onlar da hansısa dükana girib arxa
165