Page 168 - anderson_Макет 1
P. 168

Şervud Anderson

                – Yaxşı, demәli, belә, – deyә sözә başladı, amma davam edә
            bilmәdi. Özünü itirdi, dili topuq çaldı vә anlaşılmaz şәkildә
            mızıldanaraq birtәhәr sözünün davamını gәtirdi: – Mәn yuyulacam,
            ütülәnәcәm. Yuyulacam, ütülәnәcәm, kraxmallanacam.
                Elmer Kauli stansiyanın qaranlıq perronunda, uğuldayan
            qatarın yanı ilә әsәbi halda o tәrәfә, bu tәrәfә gedib-gәlmәyә
            başladı. Fәnәrlәrin işığı arabir onlar tәrәfә vurur vә gözlәri
            önündә sayrışırdı. Elmer cibindәn iki ondollarlıq әsginası çıxarıb
            Corc Villardın әlinә basdı.
                – Götür bunları, – Elmer çığırdı. – Mәnә lazım deyil. Verәrsәn
            atama. Dükandan oğurlamışdım.
                Sonra qәzәb dolu nәrilti ilә üzünü çevirdi vә uzun qollarını
            havada yellәdәrәk, sanki onu tutub saxlayan әllәrdәn yaxa
            qurtarmağa çalışırmış kimi, Corc Villardın üstünә cumdu. Yumruğu
            yumruğa calayıb Corcun sinәsinә, boynuna, sifәtinә zәrbәlәr
            endirdi. Gәnc jurnalist qәfil zәrbәlәrdәn gicәllәnib huşsuz halda
            perrona yıxıldı. Elmer hәrәkәtdә olan qatara tullandı vә vaqonların
            üstü ilә qaçaraq alçaq yük vaqonuna atıldı. Yerә yıxılmış adamı
            görmәk üçün üzüüstә uzanıb arxaya baxdı. Ürәyindә bir qürur vә
            fәxarәt hissi yarandı vә:
                – Onun dәrsini verdim. Göstәrdim ona, göstәrdim ki, maymaq
            deyilәm. Başa saldım ki, maymaq deyilәm, – deyә çığırdı.
























         168
   163   164   165   166   167   168   169   170   171   172   173