Page 170 - anderson_Макет 1
P. 170
Şervud Anderson
hәrәkәti qәs dәn, bilә-bilә etdiyini düşünәrәk onun bu cәsarәtinә
heyran olmuşdular. Onların çoxu Vaynzburqda cansıxıcı hәyata
davam edib mağazada satıcı işlәmәkdәnsә, bu cür şöhrәtli ölümü
arzulayırdılar.
Әslindә, bu hekayәmiz nә Vindpeter Vinterz, nә dә Rey Pier-
sonla birgә Vilz fermasında işlәyәn oğlu Hel Vinterz haqqındadır.
Amma bu hekayәni yaxşı anlamaq üçün Hel haqqında da bәzi
şeylәri bilmәlisiniz.
Hel çox pis adam idi. Bunu hamı bilirdi. Qardaşları Corc vә
Edvard da xasiyyәtcә ona oxşamışdı. Onların üçü dә ataları
Vind peter kimi canlı, cüssәli, yekәpәr, dalaşqan vә arvadbaz
idilәr.
Hel üç qardaşın әn pisi idi. Bir dәfә o, atasının dәyirmanındakı
taxtaları oğurlayıb satmışdı. Qazandığı pula isә ucuz, amma
qәşәng paltarlar almış vә yaxşıca içib keflәnmişdi. Atası oğlunu
söyә-söyә onu tapmaq üçün qәsәbәyә gәlәndә yolda rastlaşmış
vә yumruq davasına çıxmışdılar. Sonra polis onların ikisini dә
tutub hәbsxanaya atmışdı.
Helin Vilz dәyirmanında işlәmәyinin sәbәbi vurulduğu
müәllimәnin o tәrәflәrdә yaşaması idi. Hәmin vaxt Helin iyirmi
iki yaşı var idi. O vaxta qәdәr Hel neçә qızla sevgili olub onları
aldatmış vә bu cür işlәrinә görә Vaynzburqda әmәlli-başlı ad
çıxarmışdı.
Onun hәmin mәktәb müәllimәsinә vurulduğunu eşidәn kimi
hamı bu mәsәlәnin nә ilә qurtaracağını әvvәlcәdәn öz tәsәv -
vüründә canlandıra bilmişdi.
– Yazıq qızın başına, kim bilir, nә oyun açacaq, – hamı belә
deyirdi.
Oktyabrın axırlarında Rey vә Hel yenә dә tarlada işlәyirdilәr.
Onlar qarğıdalının qabığını çıxara-çıxara söhbәt edir, hәrdәnbir
dә deyib-gülürdülәr. Söhbәtlәrinin ardı kәsilәndәn sonra araya
sakitlik çökdü. Hәddәn artıq hәssas adam olan Rey işlәmәkdәn
yorulduğunu hiss elәdi. Әllәrini bir-birinә vuraraq pencәyinin
ciblәrinә qoydu. Başını qaldırıb tarlaya göz gәzdirdi. Hәmin gün
kәndin gözәlliyi ona çox tәsir elәmişdi. Әgәr siz dә payızın o
çağında Vaynzburqda olsaydınız, uzaqlara sәpәlәnmiş sarı-qırmızı
170