Page 174 - anderson_Макет 1
P. 174

Şervud Anderson

            mәn çәkmәliyәm? Niyә kimsә buna görә zülm çәkmәlidi? Niyә?
            Yox, mәn istәmirәm ki, Hel dә mәnim kimi bәdbәxt olsun. Ona
            hәr şeyi bir-bir deyәcәm. Onu evlәnmәyә qoymayacam. Şәhәrә
            getmәmiş Heli tapıb ona hәr şeyi başa salacam.
                Bir az da qaçdıqdan sonra sәndәlәyib yerә yıxıldı.
                – Heli tapıb mütlәq onunla danışmalıyam, – deyә öz-özünә
            fikirlәşdi vә ayağa qalxıb nәfәsi kәsilә-kәsilә yenә qaçmağa
            başladı.  Yenidәn qaçmağa başlayanda illәr boyu heç vaxt
            düşünmәdiyi şeylәri bir-bir xatırladı. İlahi, evlәnmәzdәn әvvәl o,
            nә xәyallar qurmuşdu?! Qәrbә köçüb, Portlәnddәki әmisi ilә
            birgә yaşamağı necә dә çox istәyirdi! Fermada nә vaxtsa fәhlә
            işlәyәcәyi onda Reyin ağlına da gәlmirdi. Rey heç vaxt fermada
            fәhlә işlәmәk istәmәzdi. O, qәrb tәrәflәrә köçdükdәn sonra dәnizә
            gedәcәyini, dәnizçi olacağını, ya da hardasa Oreqondakı
            heyvandarlıq fermalarının birindә iş tapacağını, gecәlәr ağ atına
            minib kәndin küçәlәrindә qayğısızcasına, qışqıra-qışqıra, gülә-
            gülә, evlәrdәki insanları yuxudan oyadaraq gәzәcәyini necә
            böyük ümidlә xәyal edirdi! Sonra o, indiki hәyatını vә uşaqlarını
            da xatırladı. Qәfildәn ona elә gәldi ki, uşaqlarının balaca әllәri
            onun qolundan möhkәm-möhkәm yapışıb. Sonra hiss etdi ki, o
            әllәr bayaqdan bәri haqqında düşündüyü Helin dә qollarından
            tutub.
                – Yox, onlar hәyatın bәdbәxt tәsadüflәridi, – Rey qışqırdı. –
            Onlar mәnim deyil, onlar sәnin deyil. Onlara görә mәn günahkar
            deyilәm.
                Rey Piersonun qaçdığı bomboş tarla indi yavaş-yavaş qaranlığa
            qәrq olurdu. Hıçqıra-hıçqıra hasar tәrәfә gәlib nәfәsini dәrdi.
            Siqaret çәkә-çәkә ona yaxınlaşan şıq paltarlı Heli görәndә hiss
            etdi ki, bayaqdan bәri demәk istәdiklәrinin heç birini ona deyә
            bilmәyәcәk.
                Rey özünü itirdi vә sanki az әvvәl keçirdiyi hisslәr Heli
            görәn kimi qeyb oldu. Әlini hasara dayayıb gözünü qarşıdan
            gәlәn Helә zillәyәndә artıq hәr tәrәf, demәk olar, tamam qaranlıq
            idi. Hel Vinterz arxı adladı. Reyә yaxınlaşaraq, әlini cibinә qoyub
            tәbәssümlә onun üzünә baxdı. Elә bil ki, tarlada Reydәn mәslәhәt
            almaq istәyәn bayaqkı narahat adam deyildi. Sonra Hel güclü әli

         174
   169   170   171   172   173   174   175   176   177   178   179