Page 175 - anderson_Макет 1
P. 175

Deyilmәmiş yalan

          ilә Reyin pencәyinin yaxasından yapışıb sanki onu yuxudan
          ayıltmağa çalışırmış kimi möhkәm silkәlәdi.
             – Mәnә nәsә sözün vardı, Rey? – soruşdu. – Yaxşı, istәyirsәn
          heç özünü yorma. Mәn qorxaq deyilәm. Nә edәcәyimi daha
          özüm bilirәm. – Hel yenidәn gülümsәdi vә bayaqkı arxı keçәrәk
          sözünü tamamladı.
             – Bilirsәn, Nel, әslindә, çox ağıllı qızdı. O, mәnә evlәnmәklә
          bağlı heç nә demәyib. Mәndәn heç nә ummur. Amma mәn onunla
          evlәnmәk istәyirәm. Hә, düz eşitdin, mәn dә istәyirәm evlәnim,
          qәşәng bir evim, ailәm olsun. Hә, bir dә çoxlu uşaqlarımız olsun.
             Rey dә gülümsәdi. Vә hiss etdi ki, әslindә, o, öz hәyatına vә
          bütün dünyaya gülür.
             Hel Vinterzin qara kölgәsi Vaynzburqun qaranlığında gözdәn
          itәndәn sonra Rey geri çevrilib, bayaq köhnә paltosunu tulladığı
          yerә tәrәf yorğun-yorğun getmәyә başladı vә heysiz addımlarını
          bir-bir atdıqca çayın qırağındakı kasıb daxmasında arıq, çәlimsiz
          uşaqları ilә keçirdiyi xoş günlәri yadına saldı.
             – Belә dә olmalıydı. Onsuz da, nә desәydim, yalan olacaqdı, –
          Rey yazıq-yazıq, sakit-sakit mızıldandı vә sonra o da zülmәt
          tarlanın sәssiz vә kimsәsiz qaranlığına qarışıb gözdәn itdi.




























                                                                  175
   170   171   172   173   174   175   176   177   178   179   180