Page 180 - anderson_Макет 1
P. 180

Şervud Anderson

            kimi istifadә etmişdi. Qocaldığı üçün artıq iş qabiliyyәtini itirsә
            dә, özü bundan xәbәrsiz idi vә hәlә dә bu binaya gәlib-gedir,
            peşәsindәn әl çәkmirdi. O,  Tomu çox istәyirdi. Buna görә dә
            otaqlardan birini ayda bir dollar kirayә haqqı ilә ona verdi. Hәr
            axşamüstü qoca vәkil binanı tәrk edib evinә getdikdәn sonra
            Tom rahat-rahat döşәmәnin üstündә, sobanın yanında uzanır vә
            saatlarla xәyallara dalırdı. Axşamlar onu ziyarәt etmәyә gәlәndә
            nәnәsi vәkilin stulunda әylәşәrәk siqaretini tüstülәdәr, Tom isә
            hamı ilә olduğu kimi, nәnәsi ilә dә çox söhbәt etmәzdi.
                Bәzәn qadın ciddi bir söhbәtә başlayar, bank işçisinin evindә
            baş verәn hansısa hadisәni danışaraq saatlarla gileylәnәrdi. Öz
            maaşı hesabına aldığı süpürgә ilә tez-tez vәkilin otağını süpürәrdi.
            Hәr tәrәfi tәmizlәdikdәn, otağı sәliqә-sahmana saldıqdan sonra
            qәlyanını yandırar vә Tomla birlikdә siqaret çәkәrdi.
                – Sәnә bir şey olsa, mәn ölәrәm, Tom, – döşәmәnin üstündә,
            stulun dibindә uzanan Toma tez-tez belә deyәrdi.
                Vaynzburqdakı hәyat Tom Fosterin xoşuna gәlirdi. O, özü
            üçün maraqlı işlәr tapır, mәtbәxdәki soba üçün meşәdәn odun
            yığır, evlәrin önündәki otu biçirdi. Mayın axırlarında, iyunun
            әvvәllәrindә çiyәlәk yığmaq üçün tez-tez әkin yerlәrinә gedirdi.
            Boş vaxtı çox olduğundan avara-avara gәzir vә  Vaynzburqun
            küçәlәrindә, meşәlәrindә dolaşmaqdan doymurdu. Bank işçisi
            Vayt Toma köhnә pencәk vә xәz yaxalığı olan bir palto vermişdi.
            Pencәk әyninә çox yekә olduğundan nәnәsi onu kәsib gödәltmiş -
            di. Xәz yaxalıqlı palto da cırılmışdı, amma çox isti olduğu üçün
            Tom onu sevә-sevә geyinir vә qışda da ona bürünüb yatırdı.
            Bütün bunlar  Tomun xoşuna gәlirdi.  Tom özünü xoşbәxt hiss
            edir vә Vaynzburqdakı hәyatdan mәmnunluq duyurdu.
                Әn kiçik vә önәmsiz şeylәr dә  Tom Fosteri xoşbәxt edә
            bilirdi. Bәlkә dә, elә buna görә hamı Tomu sevirdi. Hәr şәnbә
            baş tutan qızğın alış-verişә hazırlaşmaq üçün Hörn mağazasında
            cümә günü axşamlar qәhvә dәmlәnirdi, onun iyi Meyn küçәsini

         180
   175   176   177   178   179   180   181   182   183   184   185