Page 182 - anderson_Макет 1
P. 182

Şervud Anderson

            duyğular yaranmağa başlayır. Vaynzburqda hara baxırdısa, bir-
            biri ilә әl-әlә tutan gәnclәri, sevişәn cütlüklәri görürdü. O özü dә
            gәnc idi, bu istәklәr ona yad deyildi. Belәcә, Tom bir gün bir qıza
            aşiq olduğunu hiss elәdi. O, bir vaxtlar hәyәtindә işlәdiyi bank
            işçi sinin qızına, Helen Vayta vurulmuşdu. Tom hәr gecә onu xa -
            tır layır, onu düşünür, onu yadından çıxara bilmirdi.
                Bu düşüncәlәr artıq onu narahat etmәyә başlamışdı, amma
            Tom bu narahatlıqdan necә xilas olacağını tapmışdı. Hәr dәfә
            Helen Vaytı xatırlayanda daha öz düşüncәlәrindәn qaçmaq istәmir,
            amma bu düşüncәlәrin başqa mәcraya yönәlmәmәsi üçün ürәyindә
            özü ilә mübarizә aparır vә qalib gәlә bilirdi.
                Vә bir gün Tomun sәrxoş olduğu o yaz gecәsi gәlib çatdı.
            Hәmin gecә o, meşәdә hansısa sehrli otu yediyi üçün dәli-divanә
            olan körpә vә ürkәk marala oxşayırdı. Tomun ogünkü әhvalatı
            hәmin gecә başladı, hәmin gecә dә bitdi vә onun etdiklәrindәn
            kimәsә zәrәr dәymәdi.
                Әslindә, o gecәnin özü dә adamı sәrxoş etmәk üçün kifayәt
            idi. Küçәlәrin kәnarındakı ağaclar öz yaşıl yarpaqlarına tәzәcә
            bürünmüşdü. Arabir bağlarda, bağçalarda gәzişәn adamlar gözә
            dәyirdi. Әtrafda isә adamın iliyinә işlәyәn vә sanki nәyisә
            gözlәyәn qәribә bir sükut var idi.
                Tom Dveyn küçәsindәki evindәn hava tәzәcә qaralmağa
            başlayanda çıxdı. O, düşüncәlәrini sözlәrә çevirmәyә çalışaraq
            özü ilә danışa-danışa küçә boyu gәzmәyә başladı.  Tom öz
            xәyalında Helen Vaytı havada rәqs edәn bir alova, özünü isә göy
            üzünә ucalan balaca vә yarpaqsız bir ağaca, Helen Vaytı fırtınalı
            dәnizin qaranlıqlarından әsәn güclü, çox güclü bir külәyә, özünü
            isә balıqçının sahildә tәk qoyub getdiyi tәnha bir qayığa oxşadırdı.
                Bu bәnzәtmәlәr onun özünә dә xoş gәldi vә o, düşünә-
            düşünә gәzmәyә davam elәdi. Meyn küçәsinә gedib, Veker tütün
            mağazasının qarşısındakı bardürlәrin üstündә oturdu. Әtrafda
            toplaşmış kişilәrin söhbәtinә düz bir saat qulaq asdıqdan sonra


         182
   177   178   179   180   181   182   183   184   185   186   187