Page 186 - anderson_Макет 1
P. 186

Şervud Anderson



                                     ÖLÜM


                Hәkim Rifinin Hefner binasında Paris parça mağazasının
            üstün dә yerlәşәn iş otağına getmәk üçün qaranlıq pillәkәnlәrlә
            qalxmaq lazım gәlir. Pillәkәnin başında divara bәrkidilmiş şüşәsi
            çirkli bir lampa var. Lampanın qalaydan olan reflektoru tozdan
            vә pasdan qәhvәyi rәngә çalır. Hәkimin yanına gedәn xәstәlәr bu
            pillәkәni özlәrindәn әvvәl buradan keçәn adamların ayaq izlәri
            ilә qalxırlar. Pillәlәrin üstündә illәrin vә ayaqların nişanәsi olan
            çöküklәr gözә dәyir.
                Pillәkәnin başından sağa döndükdә hәkimin otağı ilә, sola
            döndükdә isә qaranlıq dәhlizlә qarşılaşırsan. O dәhlizin qaran -
            lığın da çoxlu köhnә vә yararsız әşyalar üst-üstә qalanıb: sınıq-
            sal  xaq stullar, nәrdivanlar, dülgәrlәrin ayaqlıq kimi istifadә etdiyi
            taxta kәsiklәri, boş qutular vә s. Bunların hamısı Paris parça
            mağazasına aiddir. Lazımsız әşyaya çevrilәn hәr şeyi şirkәtin
            işçilәri hәmin dәhlizә atır.
                Hәkim Rifinin otağı, tәxminәn, anbar böyüklüyündәdir.
            Otağın ortasında yumru bir soba yerlәşir. Sobanın böyründә,
            döşәmәyә mismarlanmış iki yekә, ağır taxtanın arasında kәpәk
            qalaqlanıb. Qapının yanında bir vaxtlar Herrik geyim mağaza -
            sın da sifarişlә tikilәn paltarların nümayişi üçün istifadә edilmiş
            böyük bir masa var. O masanın üzәrindә hәmişә çoxlu dәftәr-
            kitab, içki şüşәlәri vә cәrrahiyyә alәtlәri olur. Bәzәn Hәkim
            Rifinin bağban dostu Con Spәnyardın otağa girәrkәn cibindәn
            çıxarıb masanın üstünә qoyduğu üç-dörd qırmızı almanı da o
            әşyaların arasında görmәk olar.
                Ortayaşlı Hәkim Rifi hündürboy vә yöndәmsiz adam idi.
            Ona yaraşıqlı demәk olmazdı. Qәhvәyi rәngdә bığı var idi,
            sonradan saxlamaq istәdiyi çal saqqalı isә üzünü hәlә tam
            örtmәmişdi. Yaşı artdıqca o, öz hәrәkәtlәrinә, oturuşuna-duruşuna
            daha diqqәtlә fikir vermәyә başlamışdı.

         186
   181   182   183   184   185   186   187   188   189   190   191