Page 185 - anderson_Макет 1
P. 185

Sәrxoşluq

          bir yerdә olmusunuz. Bәsdi, danışma, onun adını çәkmә, başa
          düşürsәn?
             Corcun bu cür qışqırmağı Tomun ürәyini sındırdı. O, Corca
          cavab verә bilmәdi, çünki söz gülәşdirmәyә halı qalmamışdı. O
          daha söz tapa bilmir, öz hisslәrini anlatmağı bacarmırdı. Ona
          görә dә getmәk üçün ayağa qalxdı. Amma Corc onun qolundan
          tutub getmәyә qoymadı vә Tom bütün gücünü toparlayıb ona hәr
          şeyi başa salmağa çalışdı.
             – Yaxşı, – sakitcә sözә başladı, – nә baş verdiyini bilmirәm,
          amma mәn bu gecә xoşbәxt idim. Çox xoşbәxt. Başa düşürsәn?
          Mәni xoşbәxt elәyәn Helen Vayt, bir dә bu gecә idi. İstәyirdim
          nәsә әzab çәkim, hansısa yolla özümә әzab vermәk istәyirdim.
          Elә bilirdim, ehtiyac duyduğum yeganә şey budur. Başa düşürsәn?
          Çünki әtrafımda hәr kәsin bir dәrdi var idi, hәr kәs nәdәnsә әzab
          çәkirdi. Mәn çox fikirlәşdim, çox şeylәr etmәyi düşündüm.
          Amma heç birini edә bilmәdim. Çünki etsәydim, başqalarına da
          zәrәr vurardım.
             Tom Fosterin sәsi daha da yüksәldi vә ömründә ilk dәfә bu
          cür hәyәcanla danışaraq sözünün ardını gәtirdi.
             – Bu, bilirsәn, nәyә oxşayırdı? Sevişmәyә, sevişmәyә oxşayırdı.
          Ona görә elә dedim. Başa düşürsәn? Hә? Bu, mәnә әzab verirdi,
          hәr şeyi gözümdә daha da qәribәlәşdirirdi. Ona görә dә belә
          etdim. Amma peşman deyilәm, әksinә, sevinirәm. Bu, mәnә çox
          şeylәri öyrәtdi. Mәn elә bunu istәyirdim. Başa düşürsәn? Hә?
          Mәn öyrәnmәk, hәr şeyi öyrәnmәk istәyirdim, ona görә belә
          elәdim.














                                                                  185
   180   181   182   183   184   185   186   187   188   189   190