Page 181 - anderson_Макет 1
P. 181
Sәrxoşluq
ağzına alanda Tom sakit-sakit mağazaya girir, gözdәn uzaq bir
yerә keçir, heç nә etmәdәn sakitcә yeşiyin üstündә әylәşirdi.
Qәhvәnin hәr tәrәfә yayılan iyi onu mәftun edir vә xoşbәxtlikdәn
sәrxoş olan Tom öz-özünә pıçıldayırdı:
– Bu iy mәnim çox xoşuma gәlir, bu qoxunu hiss elәyәndә
uzaq yerlәri, hardasa uzaq ölkәlәrdә yaşayan insanları düşünürәm.
Bir gecә Tom Foster ömründә ilk dәfә sәrxoş oldu. Onun
sәrxoş olmağı da başqalarından fәrqli idi. Әvvәllәr heç vaxt
sәrxoş olmamış vә heç vaxt da içki içmәmişdi. Amma o gecә
Tom hiss etmişdi ki, ehtiyac duyduğu yeganә şey içmәk vә
sәrxoş olmaqdır.
Sinsinnatidә yaşayarkәn Tom hәyat haqqında çox şey öyrәnmiş,
iyrәncliklәrin, cinayәtin vә şәhvәtin nә olduğunu çox erkәn
anlamışdı. Әslindә, o, bu şeylәr haqqında Vaynzburqdakı yaşıd -
la rından da çox bilirdi.
Hәyat ona qadın vә ehtirasın nә olduğunu dәhşәtli bir hadisә
ilә başa salmış vә bu hadisә onun yaddaşında möhkәm yer elә -
miş di. O, soyuq qış gecәlәrindә çirkli fahişәxanaların qapısı
ağzında dayanan qadınları vә onlarla söhbәt edәn kişilәrin baxış -
la rını gördükdәn sonra belә şeylәrdәn uzaq qalacağına, ömründә
heç bir qadınla yaxın olmayacağına söz vermişdi. Amma günlәrin
birindә qadınlardan biri Tomu yoldan çıxarmış, onu öz otağına
aparmışdı. Tom sonralar heç vaxt hәmin otağın iyini vә qadının
gözlәrindәki acgöz baxışları unuda bilmәdi. Bu hadisә ona çox
pis tәsir etdi vә ürәyindә dәhşәtli bir yara qoydu. Әvvәllәr elә
bilirdi ki, bütün qadınlar nәnәsi kimi mәsum vә sevimlidirlәr.
Hәmin hadisәdәn sonra isә qadınlar haqqında daha heç vaxt
düşünmәk istәmәdi.
Amma Tom tәbiәtcә o qәdәr nәcib idi ki, heç nәyә nifrәt edә
bilmirdi vә çalışırdı ki, olanları da unutsun.
Vaynzburqa gәlәnә qәdәr Tom hәmin hadisәni unuda bildi.
İki il burada yaşadıqdan sonra hiss etdi ki, ürәyindә nәsә qәribә
181