Page 177 - anderson_Макет 1
P. 177

Sәrxoşluq

          Tom üçün әsl macәra oldu. Qadın әlindә bәrk tutduğu pulqabı ilә
          evә gәlib çatanda saat artıq yeddi olmuşdu. O, hәyәcandan, az
          qala, nitqini dә itirmişdi. Pulun әsl sahibinin sabaha qәdәr gәlib
          onu tapa bilәcәyindәn qorxan qadın elә hәmin axşam Sinsinnatidәn
          Vaynzburqa yola düşmәk istәyirdi. On altı yaşlı  Tom o gecә
          köhnә yorğana bürünmüş şey-şüylәrini belinә şәlәlәyib nәnәsi
          ilә birgә stansiyaya üz tutdu. Onlar yan-yana yeriyir, stansiyaya
          bacardıqca tez çatmaq istәyirdilәr. Tom belindәki yükü daşımaqdan
          yorulub yerә qoymaq istәyәndә nәnәsi lәngimәmәk üçün yükü
          özü götürür vә kürәyindә aparırdı. Onlar qatara minәndә vә qatar
          yavaş-yavaş Sinsinnatini tәrk edib Vaynzburqa yol alanda qoca
          qadın balaca qız uşağı kimi sevincindәn yerә-göyә sığmırdı vә
          elә sevinclә, elә hәyәcanla danışırdı ki, әvvәllәr heç zaman
          nәnәsinin belә halını görmәyәn Tom getdiklәri yerdә onu hansısa
          maraqlı hәyatın gözlәdiyini düşünür, qatar keçdikcә arxada qalan
          doğma ağaclardan, doğma küçәlәrdәn, doğma insanlardan ayrıldığı
          üçün üzülmürdü.
             Yollardan şaraqqaşaraq şütüyüb keçәn qatarın sәsi altında
          nәnәsi  Toma bütün gecә boyu  Vaynzburq haqqında nağıllar
          danışdı, Vaynzburqun küçәlәrindә gәzmәyin, tarlalarında işlәmәyin,
          meşәlәrindә quşları, dovşanları ovlamağın Tomun xoşuna gәlәcәyini
          vә onun Vaynzburqu çox sevәcәyini dedi. Amma qadın tәsәvvürünә
          dә gәtirmirdi ki, indinin  Vaynzburqun da әlli il әvvәlin balaca
          Vaynzburqundan әsәr-әlamәt dә qalmayıb, indi o balaca kәnd
          böyüyüb, az qala, yekә bir qәsәbәyә çevrilib. Sәhәrә yaxın qatar
          Vaynzburqda dayanıb nәfәsini dәrәndә gördüklәrindәn tәәccüblәnәn
          qoca qadın qatardan düşmәk istәmәdi.
             – Axı Vaynzburq belә deyildi. Sәnin üçün burda çәtin olacaq,
          bala, – qadın Tomla qatardan düşüb çaşqın halda küçәnin ortasında
          dayanaraq, Vaynzburqdan uzaqlaşan qatarın arxasınca baxa-baxa
          dedi. Bu an Vaynzburq stansiyasının yükdaşıyanı Albert Lonqvörs
          dә artıq onların yanında dayanmışdı.
              Tom üçün burada yaşamaq nәnәsinin dediyi kimi çәtin
          olmadı. Әslindә, belә yerlәrdә yaşamağı, hamıyla yola getmәyi

                                                                  177
   172   173   174   175   176   177   178   179   180   181   182