Page 178 - anderson_Макет 1
P. 178

Şervud Anderson

            elә Tom kimi adamlar bacarardı. Bank sahibinin yoldaşı xanım
            Vayt Tomun nәnәsini qulluqçu kimi işә götürdü, Tom özü isә
            onların yeni tikilmiş kәrpic tövlәsindә mehtәr kimi işlәmәyә
            başladı.
                Vaynzburqda ev qulluqçusu tapmaq çәtin mәsәlә idi. Burada
            qulluqçu kimi, әsasәn, gәnc qızlar işlәyirdilәr vә onlar da ailә ilә
            birlikdә yemәk masasına әylәşmәk şәrti ilә bu işә razılaşırdılar.
            Belә qızlardan zәhlәsi gedәn xanım  Vayt bu qoca qadını işә
            götürmәk imkanını әlindәn buraxmaq istәmәdi vә samanlığın
            yanındakı otağı da tәmizlәyib  Tom üçün hazırladı. Sonra isә
            әrinә “hәyәtdәki otları biçәr, bir dә atlara qulluq lazım olmayanda
            başqa xırda-para işlәri görәr” izahatıyla Tomu da işә götürdü.
                Tom Foster yaşına görә balaca idi. Gur vә qapqara saçları
            başını daha da iri göstәrirdi. Sәsi çox incә idi. Xaraktercә sakit
            vә nәcib olduğu üçün tez bir zamanda  Vaynzburqdakı hәyata
            alışmış, heç kәsin diqqәtini cәlb etmәdәn buradakı adamlarla
            qaynayıb-qarışmışdı.
                Tomu tanıyan hәr kәs tәәccüb içindә onun bu mülayim
            xasiyyәtinin haradan qaynaqlandığını soruşurdu. Çünki o, әvvәllәr
            Sinsinnatidә quldur vә tәrbiyәsiz oğlanların qonşuluğunda yaşamış,
            yeniyetmәlik çağlarının böyük bir qismini bu dәlәduzlarla
            keçirmişdi. Sinsinnatidә bir müddәt poçtalyon kimi işlәyәrkәn
            tez-tez fahişәxanaların yerlәşdiyi küçәlәrdәn keçmәli olmuş vә o
            küçәlәrdәki evlәrә mәktub aparmışdı. Fahişәxanalar da kı qadınlar
            da Tomu tanıyır vә sevirdilәr. Әtrafdakı dәlәduz oğlanların da
            hamısı Tomun xәtrini çox istәyirdi.
                O, heç vaxt öz fikirlәrini ifadә etmәyә can atmırdı. Ona görә
            dә insanlardan uzaq qalmağı asanlıqla bacarır, hәr kәs hәyat adlı
            nemәtlәrlә dolu ağacın budaqlarına çıxmağa çalışdığı vaxt o,
            hәmin ağacın kölgәsindә qalmağa üstünlük verirdi. Fahişә xa na -
            la rın qabağından keçәrkәn qapı ağzında dayanan qadın vә kişilәrin
            hansısa dәhşәtli bir işi görmәyә hazırlaşdıqlarını hiss edir,
            küçәlәrdә yumruq savaşına çıxan oğlanlara baxır, bәzәn isә heç
            bir reaksiya vermәdәn o oğlanların oğurluq vә sәrxoşluq haq qın -
            da söhbәtlәrini dinlәyirdi.

         178
   173   174   175   176   177   178   179   180   181   182   183