Page 190 - anderson_Макет 1
P. 190

Şervud Anderson

            bağlı hansısa şübhә onu narahat edәndә dәrhal belә şübhәlәri
            fikrindәn çıxarmağa çalışırdı. Hәmin әrәfәdә atası xәstә idi,
            ölüm ayağında idi vә xәstә atasına baxa-baxa Elizabet hәyatın
            puç vә fani olduğunu düşünürdü. Ona elә gәlirdi ki, evliliyi dә
            bu cür mәnasız olacaq. Tay-tuşları olan vaynzburqlu gәnc qızlar
            satıcılara vә gәnc fermerlәrә әrә getmişdilәr. Axşamlar Meyn
            küçәsindә әrlәri ilә gәzәrkәn Elizabet onların üzündәki xoşbәxt
            tәbәssümü görәrdi. Bu tәbәssüm onu evlilikdә hansısa gizli bir
            sirrin olduğuna inandırardı. Söhbәt elәdiyi cavan gәlinlәr sakit
            vә utancaq sәslә astadan ona deyәrdilәr:
                – Öz әrinin olması tamam başqa şeydi, evlәnәndәn sonra hәr
            şey dәyişir.
                Tәrәddüd içindә olan Elizabet toyundan bir gün әvvәl atası
            ilә söhbәt etmişdi. Sonralar bu söhbәtin onun evlilik qәrarına
            tәsir edib-etmәdiyini dә çox fikirlәşmişdi. Atası son söhbәtindә
            öz hәyatından danışmış vә qızına onun kimi aldanıb dağınıq bir
            hәyat yaşamamasını tövsiyә etmişdi. O, Tom Villardı pislәmişdi,
            bunu görәn qızı isә Tomun müdafiәsinә qalxmışdı. Atası ona hәr
            şeyi lap әvvәldәn başa salmaq üçün yerindәn durmaq istәmişdi.
            Qızı onu ayağa qalxmağa qoymayanda isә әlacsız-әlacsız köhnә
            şikayәtlәrini dilә gәtirmişdi:
                 – Mәn heç vaxt tәk qalıb rahat yaşaya bilmәdim. Ömrüm
            boyu ancaq işlәdim. Amma heç vaxt da borclardan canımı qurtara
            bilmәdim. Günü bu gün dә banka nә qәdәr borcum var. Mәn
            ölәndәn sonra özün görәcәksәn.
                Danışa-danışa xәstә kişinin sәsi әsmәyә başlamışdı. Yerindәn
            dura bilmәdiyini görәndә qızının başını aşağı әyib öz başına
            yaxınlaşdıraraq pıçıldamışdı:
                –  Amma sәnin çıxış yolun var.  Tom  Villarda әrә getmә,
            Vaynzburqda heç kimlә ailә qurma. Orda, o sandıqda sәkkiz yüz
            dollar var. Götür o pulu, get buralardan.
                Sonra xәstә kişi yanıqlı sәslә demişdi:


         190
   185   186   187   188   189   190   191   192   193   194   195