Page 187 - anderson_Макет 1
P. 187

Ölüm

             Evliliyindәn bir neçә il sonra, artıq oğlu Corc böyüyüb onüç-
          ondörd yaşlı bir yeniyetmә olduğu vaxtlarda Elizabet  Villard
          Hәkim Rifinin yanına tez-tez gәlәrdi. Gәncliyindәki şux yerişindәn
          indi әsәr-әlamәt qalmayan Elizabet yorğun-yorğun pillәkәni
          qalxıb hәkimin otağına daxil olardı. Bu gәlişinin sәbәbi xәstәliyi
          olsa da, çox zaman söhbәtin mövzusu dәyişәrdi vә onlar öz
          hәyatlarından,  Vaynzburqda yaşadıqları illәrdәn uzun-uzadı
          danışardılar.
             Geniş vә bomboş otaqda söhbәt edәrkәn Elizabet vә Hәkim
          Rifi üzbәüz oturub gözlәrini bir-birinә zillәyәrdilәr. Kәnardan
          onlara baxan olsaydı, saçlarının vә gözlәrinin rәngi, üz vә bәdәn
          cizgilәri qәtiyyәn bir-birinә bәnzәmәyәn bu iki insanda nәsә
          qәribә vә anlaşılmaz bir oxşarlıq sezәrdi. Onlara bu oxşarlığı
          verәn isә ürәklәrindә bәslәdiklәri arzular, hayqıraraq insanlara
          demәk istәdiklәri sözlәr idi. Qoca yaşlarında әsl şairә çevrilәn
          Hәkim Rifi illәr sonra gәnc bir qızla evlәnәcәk vә o qıza Elizabet
          haqqında danışacaqdı. Elizabetә deyә bilmәdiklәrini dә şairanә
          bir әda ilә o qıza deyәcәkdi:
              – O vaxtlar hәyatımın elә bir çağları idi ki, ibadәti hәr
          şeydәn önәmli sayırdım. Mәn öz tanrılarımı kәşf etmişdim.
          Onlara dua edirdim. Amma dualarımı sözlә demirdim, başqaları
          kimi dua edәndә diz dә çökmürdüm, sadәcә sakit-sәssiz stulumda
          otururdum. Yayın isti günlәrindә günortadan sonra Meyn küçәsindә
          sa kit lik olanda, bir dә qışda buludlu, tutqun günlәrdә o tanrılar
          otağıma gәlәrdilәr. Elә bilirdim, heç kimin onlardan xәbәri
          yoxdur. Sonra başa düşdüm ki, Elizabet dә bilirmiş, o da mәnim
          kimi hәmin tanrılara ibadәt edirmiş. Hәrdәn düşünürdüm ki, o,
          mәnim yanıma da buna görә gәlir. Gәlir ki, onları mәnim otağımda
          da görsün. Bu, elә bir şeydi ki, izah elәyә bilmirәm. Amma mәnә
          elә gәlir ki, çox yerdә çox insanlar eynilә mәn keçirәn hisslәri
          keçirir.
             Elizabet vә Hәkim Rifi tәkcә özlәri haqqında deyil, hәm dә
          Vaynzburqda yaşayan başqa adamlar haqqında danışardılar. Bәzәn

                                                                  187
   182   183   184   185   186   187   188   189   190   191   192