Page 192 - anderson_Макет 1
P. 192

Şervud Anderson

                Qadın indi evliliyindәn bir neçә ay sonra başına gәlmiş bir
            әhvalatı danışırdı. Onun sәsi daha titrәmirdi.
                –  Axşamüstü öz faytonumla gәzmәyә çıxmışdım. Onda
            mәnim bir faytonum var idi, bir dә boz rәngli atım. Atı Meyerin
            tövlәsindә saxlayırdım. Tomun başı mehmanxanadakı otaqların
            tәmirinә qarışmışdı. Ona pul lazım idi. Mәn qәrarsız qalmışdım,
            bilmirdim atamın mәnә qoyduğu pulu ona verim, ya yox. Mәn
            Tomu heç cür çox istәyә bilmirdim. Әllәrindә, üzündә hәmişә
            boya olurdu. Üstündәn hәmişә o boyanın qoxusu gәlirdi. O
            ancaq köhnә mehmanxananı düzәldib sahmana salmaqla mәşğul
            idi.
                Elizabet oturduğu stulda dikәlib, qızsayağı bir hәrәkәtlә
            üzünә tökülәn saçlarını yığdı.
                – Hәmin gün hava çox pis idi. Buludların qara rәngi ağacların,
            otların yaşıl rәnginә qarışmışdı. O rәnglәrә baxanda gözüm
            ağrıyırdı. Trunyon Paykdan kәnar yola döndüm. At çox yavaş
            gedirdi.  Artıq sәbrim qalmamışdı. Beynimdә min cür fikir
            fırlanırdı. Canımı bu fikirlәrdәn qurtarmağa çalışırdım. Neylәyә -
            cә yimi bilmirdim. Atı qamçılamağa başladım. Mәnә elә gәldi ki,
            göydәki qara buludlar üstümә gәlir.  Artıq yağış başlanmışdı.
            Mәn o yağışın damcıları altında hәmişәlik, ömrümün sonunacan
            yol getmәk istәyirdim. Vaynzburqdan çıxıb getmәk istәyirdim,
            paltarlarımın içindәn, öz bәdәnimin içindәn çıxıb getmәk istәyirdim.
            Hәr şeyimi soyunub, hәr şeyimi unudub getmәk istәyirdim. Atı
            elә qamçılayırdım ki, az qala, onu öldürәcәkdim. Sonra gördüm
            ki, atla gedә bilmirәm. Faytondan düşdüm, qaçmağa başladım.
            Düzdü, mәn hәr şeydәn qaçmağa çalışırdım, amma hәm dә
            nәyәsә, harasa çatmaq istәyirdim. Sonra yadıma gәlir ki, yıxıldım.
            Qolum möhkәm әzildi. Amma yenә ayağa durmaq istәdim, yenә
            qaçmaq istәdim. Mәni başa düşürsәn, әzizim?
                Elizabet ayağa qalxdı, otaqda gәzmәyә başladı. Onun yerişinә
            baxa-baxa Hәkim Rifiyә elә gәlirdi ki, ömründә heç kimin bu

         192
   187   188   189   190   191   192   193   194   195   196   197