Page 193 - anderson_Макет 1
P. 193

Ölüm

          cür yeridiyini görmәyib. Elizabetin hәr addımında, hәr tәrpәnişindә
          hәkimin ağlını başından alan nәsә var idi. Elizabet hәkimin
          yanına gәlib qarşısında diz çökәndә hәkim onu qolları arasına
          aldı vә ehtirasla öpmәyә başladı.
             – Mәn bütün yolboyu ağladım, – qadın hekayәsinin davamını
          gәtirmәyә çalışdı. Amma Hәkim Rifi daha onu dinlәmirdi.
             – Sәni sevirәm, әzizim, sәni sevirәm, – deyәn hәkimә elә
          gәlirdi ki, qolları arasına aldığı, öpüşlәrә qәrq etdiyi bu qadın
          qırx beş yaşlı, yorğun, әldәn düşmüş qadın yox, hansısa möcüzә
          sayәsindә o qırx beş yaşlı qadının bәdәnindәn azad olan gәnc,
          gözәl vә mәsum bir qızdı.
             Hәkim Rifi ağuşuna aldığı o qadını bir dә o öldükdәn sonra
          görә bildi. Hәmin yay axşamı hәkimin öpüşlәrinә, nәvazişlәrinә
          son qoyan bir hadisә oldu. Onlar bir-birinә möhkәm sarıldıqları
          vaxt dәhlizdәn ayaq sәslәri gәldi. Sonra hәr ikisi ayağa qalxıb
          hәyәcanla o sәsi dinlәmәyә çalışdılar. Bu sәs Paris parça
          mağazasından olan işçinin ayaq sәslәri idi. O, әlindәki boş qutunu
          dәhlizdәki әşyaların üstünә şaqqıltı ilә atdıqdan sonra pillәkәnlә
          aşağı düşüb getdi. Elizabet dә otaqdan çıxdı vә yeyin addımlarla
          pillәkәni endi. Bir az әvvәl Hәkim Rifiylә söhbәt edәrkәn keçirdiyi
          duyğular indi onu tәrk etmişdi. Hәkim Rifi kimi, onun da әsәblәri
          artıq gәrilmişdi vә o daha danışmaq istәmirdi. Damarlarından
          axan qanın sәsini eşidә-eşidә küçә boyu gәzmәyә başladı, Meyn
          küçәsinә dönüb Nyu  Villarddakı evlәrin işığını görәndә onu
          titrәtmә tutdu, dizlәri әsim-әsim әsdi vә ona elә gәldi ki, küçәnin
          ortasındaca yıxılıb qalacaq.
             Xәstә qadın ömrünün son aylarını ölümün hәsrәtini çәkә-
          çәkә yaşadı. Gördüyü son yuxularda o, uzun-uzun yollardan
          keçir, hәr tindә, hәr döngәdә ölümә aparan küçәlәri axtarır, yağan
          yağışların damcılarında, әsәn külәklәrin vıyıltısında ölümü gәzirdi.
          O, öz xәyalında ölümü güclü vә qarasaçlı bir oğlan kimi tәsәvvür
          edir, hәmin oğlanın Vaynzburqun qarlı dağlarından keçәrәk ona
          sarı gәldiyini fikrindә canlandırırdı. O, tez-tez qollarını yorğanın


                                                                  193
   188   189   190   191   192   193   194   195   196   197   198