Page 11 - 1-ci cild
P. 11
ya digər dərəcədə əməl olunurdusa da, məzmun azadlığı ədəbi
cərəyanların (ilk növbədə klassisizmin özünün!) fövqündə idi.

Mən yuxarıda yazdım ki, Molyer bizim müasirimizdir. Böyük
sənətkarlar haqqındakı bu mülahizəni biz tənqiddə, ədəbi-estetik
araşdırmalarda dəfələrlə oxumuşuq və yəqin ki, oxuyacağıq,
çünki həqiqətdir; çünki söhbət bəşəri hiss-həyəcanlardan gedir, o
hiss-həyəcanların yüksək bədii-estetik ifadəsindən gedir.

Əlamətdar cəhətlərdən biri də bundadır ki, Molyer yalnız
mənəvi-əxlaqi hiss-həyəcanların ifadəçisi kimi yox, eyni zamanda
sənətkarın cəmiyyətə ictimai-sosial münasibəti və bunun bədii
təcəssümü baxımından da bizim müasirimizdir.

Misal üçün, “Skapenin kələkləri” üç yüz iyirmi il bundan
əvvəl (1671) qələmə alınmışdır, lakin orada Skapenin cəmiyyətin
(XVII əsr fransız feodal-burjua cəmiyyətinin!) iliyinə işləmiş
rüşvətxorluq və bürokratiya barədə dediyi sözlərə fikir verək:

“Arqant. Yox, yaxşısı budu, işi məhkəməyə verim.
Skapen. Gör bir nə deyirsiz?! Gör bir nəyə qərar verirsiz?!
Bilmirsiz məhkəmədə nələr baş verir?! Yüz cürə şikayət olur orda,
bir hərc-mərclik başlayır ki, gəl görəsən, canavar kimi adamın
başının üstünü alırlar: bir tərəfdən pristavlar, bir tərəfdən vəkillər,
müvəkkillər, şahidlər, katiblər, məruzəçilər, onların köməkçiləri,
nə bilim, hakimlər, mirzələr!.. Hər biri də qanundan necə istəyir,
elə də istifadə eləyir, lap qəpik-quruşa da tamah salır. Müvək-
kiliniz o biri tərəflə əlbir olacaq, bir keçi qiymətinə satacaq sizi.
Vəkilinizi də satın alacaqlar, heç məhkəməyə də gəlməyəcək, gəlsə
də, başlayacaq hətərən-pətərən danışmağa, mətləb də qalacaq
bir tərəfdə. Katib heç özünüz orda olmaya-olmaya ittiham hök-
münüzü oxuyacaq. Məruzəçinin mirzəsi sənədləri gizlədəcək, ya
da elə məruzəçinin özü guya o sənədləri heç görməyib!.. Yox, əgər
böyük əzab-əziyyətlə elə eləsəz ki, belə şeylər olmasın, onda da
baxıb görəcəksiz ki, aşnaları hakimləri sizin əleyhinizə dön-
dəriblər. Cənab, uzaq olun, uzaq olun belə ədalət məhkəməsindən!
İşi məhkəməyə vermək, cəhənnəmin içinə girmək kimi bir şeydi.
Məndən olsa, vallah, məhkəmənin əlindən qaçıb dünyanın lap o
başında gizlənərdim!..

11
   6   7   8   9   10   11   12   13   14   15   16