Page 9 - 1-ci cild
P. 9
Keşiş P.Rülle kimi ortodoks din xadimləri Molyeri şeytan
əməllərinin ifadəçisi kimi tonqalda yandırmağı tələb edirdilər…
Hətta Molyer öldükdən sonra da kilsə onun dini qayda ilə
torpağa tapşırılmasına icazə verməmişdi və Molyer qəbiris-
tanlığın özündə yox, kənarda, qəbiristanlıq hasarının arxasında
dəfn edilmişdi…
Molyerin böyük müasirlərindən biri və dostu Bualo, Rasinə
VII məktubunda ürəkağrısı ilə yazırdı: “Nə qədər ki, taxta tabut
və bir ovuc torpaq Molyerin gözdən düşmüş cəsədini həmişəlik
örtüb adamların gözündən gizlətməmişdi, lovğa təlxəklər güruhu
onun indi hamı tərəfindən hörmətlə qarşılanan komediyalarını
nifrətlə rədd edirdi. Bir yığın kütbeyin cahil bərli-bəzəkli saray
qiyafəsində Molyerin əsərlərinin tamaşalarına gedər və şeirinin
hər bir misrasında böyük bir ürək çırpınan hər yeni pyesini küyə
basıb hörmətdən salmağa çalışardılar. Saray əhli başqa tamaşa,
özgə bir əyləncə şövqündə idi, qrafinya teatrda onun komediya-
sına baxdığı zaman dəhşət içində lojadan çıxıb qaçar, markiz iki-
üzlü və riyakarlara qarşı çevrilmiş kəskin ittihamları eşidəndə
müəllifi tonqalda yandırtmağa hazır olar, saray adamlarını ələ
salıb gülməyə cəsarət etdiyinə görə vikont şairin ünvanına lənət
və söyüşlər yağdırmağı əsirgəməzdi… Lakin Parkların qayçısı bir
gün rəhmsizcəsinə ömür kəndirini kəsdi və zülmət dünyasında onu
bizdən həmişəlik gizlətdi. Yalnız bundan sonra hamı Molyerin
gözəl dühasını etiraf və qəbul etdi. O zamandan səhnədə sürtülüb
köhnələn Komediyanın daha səsi gəlmir, xeyli müddətdir ki,
Komediya lal olmuşdur və indi onu yenidən ayağa qaldırıb
dərdinə əlac edəsi bir Adam da yoxdur. Komediya axırda belə bir
şərəfsiz vəziyyətə düşmüşdür”1.
Ancaq sağ ikən sənətkarlara həqiqi qiymətin verilməməsi
baxımından burasını da qeyd etməyi əlamətdar bilirəm ki, elə
Bualonun özü – Molyerdən sonra Komediyanın “şərəfsiz vəziy-
1 Bualo. Poeziya sənəti. Bakı, 1969, səh. 73–74 (Bu qiymətli nəşrin tərcüməsi,
müqəddiməsi və şərhləri mərhum professor Əkbər Ağayevindir.)
9