Page 12 - 1-ci cild
P. 12
…Arqant. Yox, məhkəmə bundan yaxşıdı!
Skapen. Axı işi məhkəməyə verməkdən ötrü də pul lazımdı.
Sənədləri düzəltməkçün xərc çəkməlisiz, imzaları təsdiq
eləməkçün də xərc çəkməlisiz, etibarnamə üçün də, müvəkkillərə
də cibxərcliyi verməlisiz. Məsləhət üçün də pul verməlisiz,
vəkillərin çıxışı üçün də, hələ sənədlərin surətini çıxarmağı
demirəm!.. Məruzəçilərə xərc çəkməlisiz, sənədləri reyestrə sa-
landa xərc çəkməlisiz, imza atmağa, arayış çıxarmağa, işi
tezləşdirməyə – elə bir ucdan xərciniz çıxacaq. Hələ nə qədər
rüşvət verməlisiz!..”
Kələkbaz Skapen, doğrudan da, elə bil ki, bu sözləri bu gün
(XXI əsrə qədəm qoyduğumuz bir dövrdə!) bizim cəmiyyətimiz
(XVII əsr fransız burjua cəmiyyəti hara, yaşadığımız sovet
cəmiyyəti hara?!) haqqında demişdir…
***
Azərbaycan teatrının Molyer yaradıcılığına müraciəti əsrin
lap əvvəllərindən başlayır və bizim ədəbiyyatşünaslığımız,
teatrşünaslığımız da bu barədə yazmışdır (təəssüf ki, istənilən
qədər və istənilən səviyyədə yox).
1892-ci ilin 25 oktyabrında Tağıyev teatrının səhnəsində
Nəcəf bəy Vəzirovun “Xəsis”dən təbdil etdiyi “Ağa Kərimxan
Ərdəbili” komediyası Əbdürrəhim bəy Haqverdiyevin quru-
luşunda tamaşaya qoyulmuşdur. Cəmi bir il əvvəl Bakı teatralları
Malı teatrın qastrolları zamanı rus dilində “Xəsis”ə tamaşa
etmişdi, indi isə Molyerin qəhrəmanları artıq Azərbaycan dilində
danışırdılar və “Ağa Kərimxan Ərdəbili” bilavasitə tərcümə yox,
təbdil olsa da, əhvalatın vaqiəsi Parisdən, Harpaqonun evindən
Ərdəbilə, Ağa Kərimxanın evinə keçirilsə də, Harpaqonun özünün
adı Ağa Kərimxan və fransız məişəti Azərbaycan məişəti ilə əvəz
olunsa da, Molyer intriqası və Molyer gülüşü əsas olaraq qalırdı.
Sonralar Molyerin bu və digər əsərləri dəfələrlə Azərbaycan
teatrında tamaşaya qoyulmuşdu və az qala 90 ilin uzaqlığından
o zamankı teatr mənzərəmizə nəzər saldıqda və əldə edilmiş es-
tetik təcrübəni izlədikdə biz belə qənaətə gəlirik ki, Molyer
tamaşalarındakı baş rolların Cahangir Zeynalov, Mirzəağa
12