Page 15 - 1-ci cild
P. 15
Dövrün mürəkkəbliyi, estetik meyarların qarışdırılması və
bəzən eybəcər vəziyyətə salınması, yeni ideologiyanın bir tərəfdən
mücərrədliyi, yəni qeyri-konkretliyi, anlaşılmaması və milli bədii-
estetik ənənələrə zidd olması, digər tərəfdən isə sinfi qəddarlığı,
təbii ki, Azərbaycan səhnəsində Molyer tamaşalarının da taleyinə
təsir göstərirdi.

Misal üçün, 1924-cü ildə1 “Jorj Danden” tamaşaya
qoyulmuşdu (tərcüməçi – M.Mərdanov, quruluşçu rejissor –
A.Tuqanov, baletmeyster – Sergeyev, baş rolun ifaçısı – İ.Talıblı)
və bu, elə bir dövr idi ki, Azərbaycan mədəniyyətinin inkişafı
qarşısında bir bəla olan (bunun altını biz çox çəkdik və çəkməkdə
də davam edirik…) vulqar sosiologizm təmayülləri get-gedə qüvvə
toplayır, sənət aləmində cövlan etməyə başlayır, partiyanın
mədəniyyət sahəsində, xüsusən ədəbi irsə münasibətdə rəsmi (və
məcburi!) ideolojisinə çevrilirdi.

Azərbaycan teatrının bilicisi və fədailərindən biri Cəfər
Cəfərov həmin dövrlə bağlı yazırdı: “Belə hesab olunurdu ki,
“kapital hakimiyyəti dövrünün” (dırnaq müəllifindir – E.)
əsərlərinin tamaşası zamanı yalnız gözdən salmaq, ifşa etmək,
məsxərəyə qoymaq işi ilə məşğul olmaq lazımdır”2 və o, “Jorj
Danden” tamaşasının “pyesin məzmununa heç bir dəxli olmayan
rəqs divertismentləri ilə, qaraçı rəqsləri ilə (səhnə etikasından
kənara çıxan rəqslər hələ bir yana qalsın – C.C.) yükləndiyini”3
göstərirdi. Yəqin, elə bu səbəblərə görə də tamaşanın adı
dəyişdirilib “Səfehləşmiş kişi” (?!) qoyulmuşdu.

Əlbəttə, sovetləşmənin ilkin dövrlərindən başlayaraq, bu cür
“yeni” estetik prinsiplər yetmiş il ərzində, yuxarıda yazdığım
kimi, bizim mədəniyyətimizə həddən artıq ziyan vurmuşdur və bu,
ayrıca bir ciddi söhbətin mövzusudur, lakin böyük sənət də ona

1 Hörmətli Qulam Məmmədlinin salnaməsindən belə çıxır ki, əsər 1924-cü ilin
yanvarında tamaşaya qoyulmuşdur. (Bax: Azərbaycan teatirinin salnaməsi, Bakı,
1983, səh.147) C.Cəfərov isə bu tamaşanın tarixini 14 dekabr 1923-cü il kimi
göstərir. (Bax: C.Cəfərov. Azərbaycan teatrı. Bakı, 1974, səh.112)
2 C.Cəfərov. Azərbaycan teatrı. Bakı, 1974, səh.147
3 Yenə orada

15
   10   11   12   13   14   15   16   17   18   19   20