Page 16 - 1-ci cild
P. 16
rə əsrlərin zaman sərhədlərini tanımır, dövrün ən qorxunc
siyasi-ictimai konyunktur təzyiqinə belə sinə gərir ki, həmin
zaman sərhədlərindən də, həmin təzyiqdən də qat-qat güclü və
qadirdir.

Molyer komediyaları dövrün bütün sınaqlarından çıxmış və
son yetmiş ildə həmişə Azərbaycan səhnəsi ilə birlikdə olmuşdur.
Molyer bəzən tez-tez, bəzən isə, təəssüf ki, gec-gec tamaşaya qo-
yulmuşdur, lakin Molyer sənətinin Azərbaycan mədəniyyətindəki
yeri elə bir dəqiq məhəbbət və hörmətlə müəyyənləşdirilmişdir ki,
o, bu intervallardan asılı olmayaraq “özümüzünküdür”. Öz Mol-
yerimiz.

***
Allah-taala Molyeri səhnə üçün yaratmışdı, o, səhnə üçün
yazırdı və özü də aktyorluq edirdi, öz rollarını səhnədə özü
oynayırdı, səhnə üçün yaşamışdı və səhnədə də ölmüşdü.
1673-cü ilin bir qış günündə, fevral ayının 17-də Pale-Ro-
yalda “Yalançı xəstə”nin dördüncü tamaşası gedirdi. Bütün günü
özünü pis hiss edən Molyer Arqant rolunu oynayaraq,
“tamaşaçıları onun yalançı xəstəlikləri ilə güldürüb-əyləndirir,
özünün isə həqiqi ölümü ilə mübarizə aparırdı”1.
Lakin o qış gecəsi cismani qələbə Molyerin yox, Ölümün
oldu: səhnədə konvulsiya (qıcolma) tutmuş Molyer qan qusaraq
tamaşadan bir saat sonra haqq dünyasına köçdü, sənəti isə bu
dünyada yaşayanlar üçün, əsrlər bir-birini əvəz etdikcə, bu
dünyaya gələnlər üçün qaldı.

30 iyun 1990-cı il

1 Юлия Гинзбург. Самарий Великовский. Комедиограф “Великого века” (В
книге: Molyer. Полное собрание сочинений в трех томах. Том первый, М.,
1985, стр. 56)

16
   11   12   13   14   15   16   17   18   19   20   21