Page 21 - 1-ci cild
P. 21
Jan Batist Molyer
Oktav. Əhvalat? Nə əhvalat, Skapen?
Skapen. Bir dəfə iş belə gətirdi ki, məhkəməylə düz
gəlmədim.
Oktav. Məhkəməylə?
Skapen. Hə. Bir balaca çəkişməmiz oldu.
Oktav. Sənin məhkəməylə çəkişmən oldu?
Skapen. Hə də!.. Mənimlə yaxşı rəftar eləmədi, mən də
dünyanın belə ədalətsizliyinə hirsləndim, bir də belə işlərə
qarışmayacağam. Nə isə!.. Yaxşısı budu ki, siz öz əhvalatınızı
danışın görüm.
Oktav. Sən bilirsən də, Skapen, Jeront mənim atamla düz
iki aydır, alış-veriş işlərindən ötrü səfərə çıxıb.
Skapen. Bilirəm.
Oktav. Bizi də Leandrla burda qoydular. Məni Silvestrə,
Leandrı da sənə tapşırdılar.
Skapen. Elədir. Mən də öz vəzifəmin öhdəsindən pis
gəlməmişəm!..
Oktav. Bir neçə vaxt bundan əvvəl Leandr cavan bir qaraçı
qızına rast gəldi, vuruldu ona.
Skapen. Bunu da bilirəm...
Oktav. Biz onunla çox yaxınıq, necə bir eşqə düşdüyünü
mənə danışdı. Məni həmin qızla tanış elədi, doğrudan da, gözəl
qızdı, ancaq Leandrın gözünə görükən dərəcədə yox... Leandr
bütün günü dəqiqədə bir o qızın gözəlliyindən, zərifliyindən
danışırdı, ağlını-kamalını tərifləyirdi, vəcdə gəlirdi ki, o qız necə
söhbət eləyir!.. Söhbətlərini də əvvəldən axıracan mənə danışırdı,
məcbur eləmək istəyirdi ki, o qızın hazırcavablığına mən də
heyran qalım! Mənə o qədər tənə eləyirdi ki, guya danışdıqlarına
diqqətlə qulaq asmıram, söyürdü ki, guya onun incə hisslərinə
biganəyəm...
Skapen. Hələ ki, başa düşə bilmirəm, bütün bunlarla məni
hara sürükləyirsiz?
Oktav. Bir dəfə Leandr sevgilisinin qaldığı yerə gedirdi,
mən də onu ötürürdüm. Bir də gördüm ki, o çöl-biyabandakı
21