Page 19 - 1-ci cild
P. 19
Jan Batist Molyer

Silvestr. Bəli.
Oktav. Cənab Jerontun qızına?
Silvestr. Cənab Jerontun…
Oktav. Buna görə də onun qızını Tarentdən çağırıblar?
Silvestr. Bəli…
Oktav. Bütün bunların da hamısını mənim əmimdən
eşitmisən?
Silvestr. Hə də, əminizdən...
Oktav. Ona da atam özü məktub yazıb?
Silvestr. Hə də, məktub...
Oktav. Deyirsən, əmim də bizim bütün işlərimizdən
xəbərdardı, hə?
Silvestr. Xəbərdardı...
Oktav. Ay səni, bir əməlli-başlı danış görüm! Hər kəlməni
səndən kəlbətinlə çəkib çıxarırsan, nə olub?
Silvestr. Day nə deyim e, mən? Özünüz hər şeyi bilirsiz də...
Necə deyirsiz, elədi...
Oktav. Bir məsləhət ver mənə, de görüm, belə çətin məqamda
neyləyək?
Silvestr. Vallah, mən özümü sizdən betər itirmişəm!..
Mənim özümə məsləhət verən lazımdı!
Oktav. Lənət şeytana! Atamın bu gəlişi məni tamam
öldürdü!
Silvestr. Məni də!
Oktav. Atam xəbər tutan kimi axırımıza çıxacaq, dərimizə
saman təpəcək!
Silvestr. Eh, təkcə saman olsaydı, nə varıydı! Qorxu–ram,
sizin o yelbeyin işləriniz mənə baha başa gəlsin! Ode, görürəm
necə qara buludlar alır başımın üstünü, ordan da belimə çomaqlar
yağır!..
Oktav. Aman tanrım! İndi mən nə edim?
Silvestr. Bax bu barədə gərək əvvəlcədən fikirləşəydiz!
Oktav. Eh, sən də bir tərəfdən beynimi aparma! Mənə dərs
deməyə vaxt tapıb...

19
   14   15   16   17   18   19   20   21   22   23   24