Page 14 - 1-ci cild
P. 14
iantda – 1907-ci ildə Hüseyn bəy Mirzəcamalovun və 1912-ci
ildə Əhməd Qəmərlinskinin təbdilində tamaşaya qoyulmuş və
Ərəblinski birinci tamaşada “həkim Eyvaz” rolunda oynamışdır.

Aktyor Abbas Rzayev xatirəsində yazır ki, Həmidə xanım
Məmmədquluzadənin vasitəçiliyi ilə həmin tamaşa Tiflis Müsəl-
man Xanımları Cəmiyyəti-Xeyriyyəsi üçün də oynanılmış və
Ərəblinski baş rolda “tamaşaçıların dəfələrlə gurultulu
alqışlarına nail olmuşdur”. (Qeyd edək ki, “Zorən təbib” Azər-
baycan Demokratik Respublikası zamanında da Mailov teatrının
səhnəsində tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazan-
mışdır.)

Hərgah müasirləri hələ 1904-cü ildə “Xəsis” tamaşasında
baş rolun ifaçısı kimi Cahangir Zeynalovun “tamaşaçıları heyran
etdiyini” yazırdısa, burada, əlbəttə, təəccüblü bir şey yox idi,
çünki Cahangir Zeynalov komik idi və onun məhz komik istedadı
Molyer komizmi ilə vəhdətdə heyranedici olurdu. Lakin
Ərəblinski kimi bir tragikin də istedadı komik bir vüsətlə
parlayırdısa, bu, yəqin ki, bədii mətnin istedadı oynatmaq (və
oyatmaq!) üçün münbit zəmin yaratması ilə daha artıq dərəcədə
şərtlənirdi.

Bu yazı ilə bağlı araşdırdığım məxəzlərə görə, sovetləşmədən
əvvəl Azərbaycan səhnəsində Molyerin “Xəsis” (Nəcəf bəy
Vəzirovun təbdilində “Ağa Kərimxan Ərdəbili”), “Zorən təbib”
komediyalarından başqa, “Jorj Danden” (tərcüməçi Mustafa
Məmmədov), “Cəbrən evlənmək” (tərcüməçi Ə.S.İbrahimzadə) də
tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdı. “Zorən təbib”
və “Cəbrən evlənmək” ayrıca kitab şəklində nəşr də olunmuşdu.

Azərbaycan teatrı sovet dövründə də dəfələrlə Molyerin
yaradıcılığına müraciət etmişdir: İsmayıl Hidayətzadənin
tərcüməsində “Bağa qınını bəyənmir”, Mircəfər Möhsümovun
tərcüməsində “Don Juan”, yenə də Ə.Qəmərlinskinin yeni
tərcüməsində “Zorən təbib” (“Zorakı təbib”), tərcüməçinin kim
olduğunu müəyyənləşdirə bilmədiyim “Gördüyünüzə inanmayın”,
N.Nuriyevin təbdilində “Mıqqı Kərim” və “Cancur Səməd” və s.

14
   9   10   11   12   13   14   15   16   17   18   19