Page 10 - 1-ci cild
P. 10
tə düşdüyünü” yazan bu böyük alim, Molyer hələ sağ ikən
məşhur “Poeziya sənəti” əsərinin üçüncü nəğməsində deyirdi:
“Şəhərlilərin, saray əhlinin həyatını öyrənin; onların arasında
nümunə çoxdur, siz onların içindən xarakterlər axtarıb tapın.
Molyer onların həyatını diqqətlə müşahidə edirdi; əgər o, ca-
maatın xoşuna gəlsin deyə bəzi surətləri təhrif etməsəydi, həqiqi
şadlığı təlxəkliklə əvəz edib korlamasaydı, bizə yüksək sənət
nümunəsi olan əsərlər verə bilərdi. Lakin – əfsus! – bu müəllif öz
əsərlərində Terensi ilə Tabareni eyniləşdirmişdir! Kələkbaz Ska-
penin gizləndiyi kisədə mən yüksək şöhrət qazanmış “Mizantrop”
müəllifini görmürəm”2.

Əvvəla, orasını deyək ki, Bualo “Skapenin kələkləri” kome-
diyasından misal gətirdiyi səhnəni təhrif olunmuş şəkildə təqdim
edir. Komediyada torbaya girən Skapen yox, onun kələk işlədib
həmin torbaya saldığı və ağacla kötəklədiyi qoca Jerontdur. İkin-
cisi və əsası isə ondan ibarətdir ki, Molyer yaradıcılığının mühüm
xüsusiyyətlərindən biri məhz odur ki, bu yaradıcılıqda
“şəhərlilərin, saray əhlinin” tipik xarakterləri yaradılmışdır və
Bualo özü də sonralar (Molyer öləndən sonra…) bu cəhəti
görmüş və qiymətləndirmişdir. (Elə onun Rasinə VII məktubundan
nümunə gətirdiyimiz parça bunu sübut etmirmi?)

Dünya estetik fikrinin parlaq nəzəri nümunələrindən biri
olan “Poeziya sənəti” klassisizm estetik məktəbinin təəssübünü
çəkən, bu cərəyanın qanunlarını, sərt və qəti tələblərini müdafiə
edən bir əsər idi və bu baxımdan, əlbəttə, Molyerin komediyaları
istər-istəməz bəzən tənqid hədəfinə çevrilirdi. Eyni zamanda,
görünür, burjua ailəsində anadan olmuş aristokrat Bualo ilə
Molyerin qara camaatdan tutmuş əyanlara qədər müxtəlif təbəqə
nümayəndələrinin psixolojisinə bələd olmaq meyarları da
müxtəlif idi.

Molyer istedadı, klassisizmin müəyyən etdiyi çərçivələr
məhdudluğuna sığmırdı, zahirən klassisizmin formal tələblərinə bu

1 Bualo. Poeziya sənəti. Bakı, 1969, səh. 58–59 (Bu qiymətli nəşrin tərcüməsi,
müqəddiməsi və şərhləri mərhum professor Əkbər Ağayevindir.)

10
   5   6   7   8   9   10   11   12   13   14   15