Page 6 - 1-ci cild
P. 6
mət verərkən və bu sənətin bədii-estetik təsnifatını apararkən
ona istinad etmişdilər. Misal üçün, Firidun bəy Köçərli “Azər-
baycan ədəbiyyatı”nda M.F.Axundovdan bəhs edərək yazırdı:
“Mirzə Fətəlinin komediyalarına gəldikdə qəti surətdə deyə
bilərik ki, rus dram yazanlarının babası Qoqol və firəng dram
yazanlarının babası, ustadı Molyer olan kimi, türk-Azərbaycan
ədiblərinin və komediyanəvislərinin atası, yolgöstərəni mərhum
Mirzə Fətəli Axundov olubdur”1.

Mirzə Fətəli Axundov özü isə hələ 1871-ci ildə “Mirzə
Ağanın pyesləri haqqında kritika”sında təbrizli müəllifə yazırdı:
“Avropada bu fənnin (söhbət dramaturgiyadan gedir – E.)
yazıçılarından hər biri öz istedadına görə ali rütbələrə çatmış,
yüksək ad, fövqəladə şöhrət qazanmış və padşah saraylarına
yaxın adamlar olmuşdur; millətin o dərəcədə təzim və təqdirini
qazanmışlar ki, öldükdən sonra millət onların hünəri müqabilində
təşəkkür əlaməti olaraq qəbirləri üzərində uca imarətlər, yəni
abidələr tikmişlər. Molyer və Şekspir bu kimi təzimə layiq
şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur”2.

Əlbəttə, həqiqətən, “millətin təzim və təqdirini” qazanmış
Molyer “ali rütbə”lərə çatmamış, “yüksək ad” almamış, “padşah
saraylarına yaxın adam” olmamışdır (Şekspir də eləcə) və
M.F.Axundov da bu sözləri, görünür, Molyer sənətinə xüsusi
hörmət əlaməti olaraq, pyes yazmaq işinin çox ciddi və mühüm
bir iş olduğunu təbrizli həvəskarın diqqətinə çatdırmaq üçün
yazmışdır; əslində, bu kontekstdə “ali rütbə” də, “yüksək ad” da
Axundovun özü tərəfindən Molyer sənətini müəyyənləşdirən es-
tetik meyarlardır.

Hətta Fransa tarixinin XVII əsr kimi “Qızıl əsr”ində belə
mebel düzəldən və mebelə üz çəkən Jan Poklenin (hərçənd öz
zəhməti ilə “Kral mebeldüzəldəni və kamerdineri” rütbəsini
qazanmışdı və bu, usta peşəçilər üçün o zamankı Fransada ən
yüksək ad idi!) oğlu Jan Batist Poklen (Molyer olsa belə!)

1 Firidun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. I cild, Bakı, 1978, səh. 435
2 Mirzə Fətəli Axundov. Əsərləri. II cild, Bakı, 1988, səh. 215

6
   1   2   3   4   5   6   7   8   9   10   11