Page 5 - 1-ci cild
P. 5
BİZİM ÜÇÜN QALAN SƏNƏT

(Molyer haqqında söz)

MOLYER: …məni heç kim sevmir!..
M.Bulqakov (“Molyer”)

Hər anı, dəqiqəni sevməyi bacar ki, sən
Uzun əsrlər boyu xoşbəxt ola biləsən!
Molyer (“Cənab de Pursonyak”)

M ən Molyerin həyatına, yaradıcılığına həsr olunmuş
əsərləri oxuyarkən (bu əsərlərin, xüsusən bədii
əsərlərin – hər halda, oxuduqlarımın – arasında ən uğurluları,
məncə, Mixail Bulqakovun bioqrafik romanı və dramıdır) həmişə
fikirləşirəm ki, o uzaq XVII əsrdə cəmi əlli bir il ömür sürmüş
(Şekspirdən bir yaş az…) o insanın şəxsi həyatının çətinlikləriylə,
hətta əzablarıyla, arvadı Armandanın famili ilə əlaqədar dedi-
qodularla, kilsə və ayrı-ayrı ortodoks din xadimləri ilə bağlı
ixtilaflarıyla, bir sözlə, yaşayışının mürəkkəbliyi ilə yazdığı
əsərlərin gözəl kəpənək yüngüllüyü, yumorunun xəfifliyi, incəliyi
arasında qəribə psixoloji təzad var…
Yaradıcılığın psixolojisi, əlbəttə, qəribə və yozulması axıra
qədər mümkün olmayan sirli bir aləmdir. Mən Molyeri hələ orta
məktəb şagirdi ikən oxumağa başlamışam və artıq otuz ildən çox-
dur ki, hər dəfə Molyeri yenidən oxuyarkən həmişə mənə elə gəlib
ki, onun dialoqları yaz vaxtı güldən-gülə, çiçəkdən-çiçəyə uçan,
budaqdan-budağa qonan bir kəpənəkdir. Xüsusən son vaxtlar
Molyeri Azərbaycan dilinə tərcümə edərkən bu kəpənək yüngül-
lüyünü, bu estetik incəliyi, zərifliyi öz qələmimlə duymuşam.
Bizim böyük klassiklərimiz, mötəbər qələm sahiblərimiz
Molyeri tanımış, qəbul etmiş, hətta yaranan milli-mənəvi sərvətə

5
   1   2   3   4   5   6   7   8   9   10