Page 7 - 1-ci cild
P. 7
padşah saraylarına yaxın adamlar” kimi tam hüquq, qarşılıqlı
ehtiram əldə edə bilməzdi.

Düzdür, Molyerin müasiri və adaşı, Fransanın daxili və
xarici siyasətini müəyyənləşdirən saray naziri Jan Batist Kolberin
də atası mahudçu idi, amma Kolber mahiyyətcə inzibatçı idi,
siyasət adamı idi və buna görə də öz bacarığı və qabiliyyəti
nəticəsində “əhli-saray” ola bilərdi (necə ki, əsr yarımdan sonra
korsikalı Bonapart Napoleon oldu!). Biz universitetdə oxuyanda
iqtisadiyyat dərsində kolbertizm nəzəriyyəsini öyrənirdik və indiki
kimi xatırlayıram, mən fikrimdə bu nəzəriyyənin banisi Kolber ilə
Molyeri müqayisə edirdim: eyni zümrənin iki və çox istedadlı
nümayəndəsi; amma birini siyasət necə bir şəxsi firavanlığa
aparıb çıxarıb, o birisini isə sənət bəzən əsl cəhənnəm əzablarına
düçar edib…

Molyer sənətkar idi. Dünya tarixində çox az böyük sənətkar
tapmaq olar ki, zəmanəsinin hakimlərinin və hakim ideolojisinin
tam rəğbətini qazanmış olsun, çünki sənətkar (əsl sənətkar!) özü
həmişə zəmanəsindən narazıdır, heç bir ictimai quruluş və heç bir
hökmdar həyatla bağlı, güzəranla, ictimai-sosial və mənəvi-əxlaqi
münasibətlərlə bağlı sənətkarın daxili tələbatını, mənəvi istəyini,
yəni onun humanizmini, əzilənin, ədalətsizlik qurbanlarının
təəssübünü çəkmək ehtirasını qane edə bilməz (Füzulini xatır-
layaq, Şekspiri, Höteni, Dostoyevskini xatırlayaq, lap elə sovet
dövrünün Cavidini, Bulqakovunu, Platonovunu xatırlayaq!). Öl-
kəsində bircə nəfər ac varsa, bircə nəfər hüququ tapdalanmış
varsa, sənətkar zəmanəsindən və quruluşdan narazı olacaq…

“Xəsis”, “Skapenin kələkləri”, “Jorj Danden və yaxud
aldadılmış ər”, “Sqanarel”, “Tartüf”, “Don Juan və yaxud daş
qonaq” və bir çox digər komediyaları oxuyarkən istər-istəməz
Molyerin böyük və məşhur müasirlərini xatırlayırsan, xəyal səni
XVII əsrə aparır: Fransa, Rişelye, XIV Lüdovik, Mazarini, La-
fonten, Rasin, Bualo…

Hakimiyyət uğrunda mübarizə, kəskin siyasi ehtiraslar,
nəsillər arasında, sülalələr arasında, əqidələr arasında an-

7
   2   3   4   5   6   7   8   9   10   11   12