Page 8 - 1-ci cild
P. 8
onizm, elmi-estetik yeniləşmə prosesi və həmişə belə bir proses
üçün səciyyəvi olan qızğın mübahisələr…
Və birdən-birə Molyer! Belə bir dahiyanə yüngüllük, belə
bir zarafat, yumor…
Molyer komediyalarının bir çoxu saray bayramlarında,
“təntənəli” gecələrdə tamaşaya qoyulmaq üçün yazılıb, lakin
sənətdə hər şeyi istedad həll etdiyinə görə həmin “bayram”lardan
və “təntənə”lərdən fərqli olaraq, o əsərlər yaşayıb və yaşayacaq,
çünki Molyer qəhrəmanları nəinki yalnız klassisizmin çərçi-
vələrinə, ümumiyyətlə, zaman və məkan çərçivələrinə sığmır, 300
il əvvəl o qəhrəmanları yaşadan və güldürən hisslər, ümumiyyətlə,
insan yaşadıqca yaşayacaq.
Molyer o insani hisslərin, həyəcanların parlaq bədii inika-
sını yaratmışdır ki, elm və texnika inkişaf etdikdə də, siyasi-ictimai
konyunkturlar bir-birini əvəz etdikdə də onlar qalacaq.
***
Molyer bizim müasirimizdir və Molyer babalarımızın müa-
siri olduğu kimi, gələcək nəsillərin də müasiri olacaq; milliy-
yətindən, dinindən, əqidəsindən asılı olmayaraq, insan həmişə
Molyerə sevinəcək və Molyerlə fəxr edəcək – tarix bütün bunları
sübut edib.
Lakin biz yenə də 300 il bundan əvvələ qayıdırıq, bir şəxs
kimi Molyerin həyatını gözlərimizin qarşısından keçiririk və
əlbəttə, fikirləşirik: insan nə üçün bu dərəcədə ziddiyyətli bir
varlıqdır? Nə üçün sənətkar alçaldıldıqdan, maddi məhrumiy-
yətlərə və mənəvi sıxıntılara məruz qaldıqdan, faciələr yaşa-
dıqdan və öldükdən sonra qiymətləndirilir? Doğrudanmı təqsir
xislətdə deyil, sadəcə ondadır ki, sənətkar həmişə gələcəyin
yetişdirməsi olur və buna görə də müasirləri onu başa düşmür?
Kilsə “Tartüf”ü qadağan etmişdi və 300 ildən artıq zaman
kəsiyində dünya səhnələrini fəth edən, siyasi və coğrafi sərhədlər
tanımayan, müxtəlif milli teatr məktəblərinin yaranmasına sövq
edən, hətta səbəb olan bu əsər Molyerin özünün sağlığında beş il
qadağa altında qalmışdır…
8