Page 13 - 1-ci cild
P. 13
iyev, Hacıağa Abbasov kimi ifaçıları Azərbaycan milli artistlik
məktəbində satirik-yumoristik ənənələrin formalaşması və inkişafı
yolunda Avropa klassikasından məharətlə bəhrələnmişlər.
Molyer Azərbaycan teatrının, əgər belə demək mümkünsə,
doğma müəllifinə, hətta milli müəllifinə çevrilmişdi. Cəfər Cəfərov
rejissor Mehdi Məmmədovun 1946-cı ildə M.Əzizbəyov adına
teatrda tamaşaya qoyduğu “On ikinci gecə” (U.Şekspir)
komediyasının uğursuzluğundan, “Gəraybəyli, Vəlixanlı, Mər-
danov kimi komediya ustalarının xarakter yaratmaq prinsipindən
kənara çıxmaqlarından, zahiri ifaya uymalarından” bəhs edərkən
bunun səbəblərindən birini də belə müəyyənləşdirir: “Teatr
Şekspir komediyalarından çox, Molyerin və ispan komediyala-
rının (yəqin ki, bir neçə əsəri tamaşaya qoyulmuş Lope de Veqa
nəzərdə tutulur – E.) tamaşaya qoyulması sahəsində təcrübəyə
malik idi”1.
Burada, təbii ki, Şekspirlə Molyer, yaxud Lope de Veqa qarşı-
qarşıya qoyulmur, çünki söhbət dünya mədəniyyəti nəhəng-
lərindən getdiyi üçün belə bir qarşıdurma metodoloji baxımdan
düzgün olmazdı və Cəfər Cəfərov kimi mötəbər bir qələm sahibi
də buna yol verməzdi; görünür, məsələ burasındadır ki, Molyer
Azərbaycan səhnəsinin milli faktına çevrilmiş, komediya
tamaşaları ilə bağlı milli-estetik özünüifadə formalaşarkən ilkin
bəşəri tərkiblərdən biri olmuşdu.
Tamam başqa (və uzaq!) bir xalqın – fransız xalqının
nümayəndəsi olub, əsərlərində də məhz həmin xalqı ifadə edib,
zəngin Azərbaycan mədəniyyəti ilə bu dərəcədə təmasda olmaq,
əlbəttə, sənətin böyüklüyündən, sənətkarın qadirliyindən xəbər
verir.
Çox əlamətdardır ki, Molyerin komediyaları Azərbaycan
səhnəsinin Cahangir Zeynalov, Hacıağa Abbasov, Mirzəağa
Əliyev kimi böyük komikləri ilə bərabər, hətta Hüseyn Ərəblinski
kimi böyük tragik sənətkarların da yaradıcılığında işıqlı iz
buraxmışdır. “Zorən təbib” Azərbaycan səhnəsində iki müxtəlif
1 C.H.Cəfərov. Azərbaycan teatrı. Bakı. 1974, səh. 230–231
13