Page 25 - 1-ci cild
P. 25
Jan Batist Molyer

qoy bu dəniz daşıb o qızı mənə tərəf gətirən yolları həmişəlik
kəssin!.. Yalvarıram sənə, ağlama, mənim sevimli Qiasintam!
Sənin o göz yaşların məni öldürür, qəlbimi ağrıdır!

Qiasinta. Əgər belə istəyirsənsə, mən də çalışaram, daha
ağlamayım… O uca göylər mənə nə qismət edibsə, etsin,
dözərəm.

Oktav. O uca göylər bizi tək qoymaz!
Qiasinta. Sən mənə sadiq olacaqsansa, heç nədən qorx-
muram!..
Oktav. Qorxma, mən heç zaman sənə xəyanət etmə-
yəcəyəm!
Qiasinta. Deməli, mən xoşbəxt olacağam!..
Skapen (kənara). Allaha and olsun, ağıllı qızdı, özü də pis
deyil, lap mənim istəyimcədi!
Oktav (Skapenə işarə edərək). Bax bu adamı görürsən,
istəsə, bizə kömək eləyə bilər!
Skapen. And içmişəm ki, bir də heç vaxt belə işlərə baş
qoşmayım, amma siz ikiniz də məndən yaxşıca xahiş eləsəz, onda
bəlkə.
Oktav. Sənin köməyindən ötrü təkcə xahiş lazımdısa, bütün
varlığımla xahiş edirəm: bizim işimizi öhdənə götür!
Skapen (Qiasintaya). Bəs siz heç nə deməyəcəksiz?
Qiasinta. Məndə sizinçün əziz nə varsa, hamısına and
verirəm: məhəbbətimizə kömək edin!..
Skapen. Neyləmək olar, gərək kömək eləyim… Bəşə-
riyyətin ehtiyacı var belə köməyə… Yaxşı, çalışaram sizinçün!..
Oktav. Əmin ol ki…
Skapen (Oktava). Bəsdirin. (Qiasintaya.) Siz isə gedin, özü
də heç nədən ötrü narahat olmayın.

Qiasinta gedir.

25
   20   21   22   23   24   25   26   27   28   29   30